Albert Ebosse - Wikipedia
Albert Dominik Ebosse Boconqo Dika (fr. Albert Dominique Ebossé Bodjongo Dika; 6 oktyabr 1989[1], Duala – 23 avqust 2014, Tizi-Uzu[d]) — Kamerun, Malayziya və Əlcəzair çempionatlarında çıxış etmiş kamerunlu futbolçu.
Albert Ebosse | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Doğum tarixi | 6 oktyabr 1989[1] | ||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||
Vəfat tarixi | 23 avqust 2014 (24 yaşında) | ||||||||||||||||||||||||||||||
Vəfat yeri |
|
||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 1.85 m | ||||||||||||||||||||||||||||||
Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəEbosse "Duala Atletika", "Koton Sport" və "Unisport" kimi Kamerun klublarında çıxış etmişdir.
O, 2012-ci il aprelin 15-də Malayziyanın "Perak" klubu ilə müqavilə imzaladı.[2] O, yeni klubu ilə liqada debütünü 17 aprel 2012-ci ildə "Sabah" klubuna qarşı 2-2 heç-heçə hesabı ilə bitən qarşılaşmada etdi və klub forması ilə ilk qolunu 4 may 2012-ci ildə keçirilən və 2-2 bərabər hesabla bitən "Terenqanu" klubuna qarşı oyunda vurdu.
2013-cü ilin iyul ayında Ebosse "Kabiliyə" (qısaca "JSK") klubuna keçid etdi.[3] O, 2014-cü ildə 17 qolla Əlcəzair çempionatının bombardiri oldu.[4]
Vəfatı
redaktə23 avqust 2014-cü ildə "JSK" və "USM Alger" komandaları arasında keçirilən ev qarşılaşmasının sonunda komandalar meydanı tərk edərkən naməlum şəxs tərəfindən atılan mərmi Ebossenin başına dəydi. JSK üçün 2-1 hesablı məğlubiyyətlə başa çatan oyunda Ebosse klubunun yeganə qolunun müəllif idi. Ebosse bir neçə saat sonra kəllə-beyin travması nəticəsində xəstəxanada vəfat etdi. Onun 24 yaşı var idi.[5][6] Ebossenin ölümündən sonra Əlcəzair Futbol Federasiyası bütün futbol tədbirlərini qeyri-müəyyən müddətə dayandırdı və "1 noyabr 1954-cü il" stadionunun bağlanmasına qərar verdi.[7]
12 sentyabr 2014-cü il tarixindən liqa oyunları yenidən bərpa edildikdən sonra həmin turun bütün matçları Ebossenin xatirəsinə bir dəqiqəlik sükutla başlandı.[8][9][10]
18 dekabr 2014-cü ildə açıqlanan meyitin sonrakı tibbi yarmaları Ebossenin ilkin iddia olan mərmidən deyil, şiddətli döyülmə nəticəsində öldüyünü göstərdi.[11]
İstinadlar
redaktə- ↑ 1 2 Albert Ebossé Bodjongo † // Transfermarkt (çd.). 2000.
- ↑ "Perak dump Popovic for Bodjongo". New Straits Times. 25 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
- ↑ "JSK : Ebossé a signé hier son contrat". maracanafoot.com. 24 December 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
- ↑ "Buteurs Ligue 1". dzfoot.com. 30 March 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
- ↑ "Striker Albert Ebossé dies after being hit by object thrown from stands". The Guardian. 15 December 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
- ↑ "Footballer dies in Algeria after being struck by object thrown from stands". sbnation.com. 23 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2014.
- ↑ "Albert Ebosse: Player's death leads to league suspension". BBC Sport. 3 November 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.
- ↑ "Algeria reflects in shame following death of Albert Ebosse". The National. Agence France-Presse. 25 August 2014. 14 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.
- ↑ "Archived copy". 11 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
- ↑ "Archived copy". 11 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-29.
- ↑ "Albert Ebosse: New tests claim Cameroonian died after beating". BBC. 18 December 2014. 18 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 September 2020.