Aleks Manukyan - Wikipedia
Aleks (Alek) Manukyan (ing. Alex Manoogian, erm. Ալեք Մանուկյան; 28 iyun 1901, Smirna, Aydın vilayəti[1] – 10 iyul 1996, Detroyt, Miçiqan) — ABŞ sahibkarı, texnoloqu və xeyriyyəçisi. O, Erməni Ümumi Xeyriyyə İttifaqının prezidenti olmuşdur. Manukyan erməni xalqı üçün fəal xeyriyyəçilik fəaliyyəti ilə tanınır. 1994-cü ildəErmənistanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Aleks Manukyan | |
---|---|
Doğum tarixi | 28 iyun 1901 |
Doğum yeri | |
Vəfat tarixi | 10 iyul 1996 (95 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | ictimai xadim, sahibkar, ixtiraçı, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleks (Alek) Manukyan 28 iyun 1901-ci ildə Osmanlı imperiyasının İzmir şəhərində anadan olmuşdur. O, ibtidai və orta təhsilini yerli erməni məktəblərində almışdır. Manukyan 19 yaşında ABŞ-yə mühacirət etmişdir. O, ilk növbədə Bricport şəhərinə gəlmiş, burada fabrikdə çalışmış və eyni zamanda böyüklər üçün axşam kurslarında erməni dili dərsləri keçmişdir. Manukyan daha sonra şəhərdən şəhərə köçərək 1924-cü ildə Detroitdə məskunlaşmışdır. Orada avtomobil hissələri fabrikində iş tapmış və 1929-cu ildə öz şirkətini qurmuşdur. Bu, sonradan illik mənfəəti 3 milyard dollardan çox olan çoxmillətli "Masco Corporation"a çevrilmişdir.
Manukyan ABŞ-də erməni təhsilinin yaradılmasına xüsusi diqqət yetirmi.dir. 1963-cü ildə Miçiqanda özəl məktəb açmışdır.[3] O, 1968-ci ildə erməni diasporunda və Ermənistan SSR-də proqramları dəstəkləmək üçün Aleks Manukyan Mədəniyyət Fondunu təsis etmişdir.[4]
Mükafatlar
redaktə- Ermənistanın Milli Qəhrəmanı (14 oktyabr 1994-cü il) — "dövlət əhəmiyyətli müstəsna xidmətlərinə, xalqın rifahı naminə uzun illər səmərəli fəaliyyətinə görə".
- Ellis Adası Şərəf Medalı.
İrsi
redaktə- 2006-cı ildə Aleks Manukyana həsr olunmuş Ermənistanın poçt markası buraxılmışdır.
- İrəvanda bir küçə onun adını daşıyır.
İstinadlar
redaktə- ↑ 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
- ↑ Find a Grave (ing.). 1996.
- ↑ Мкртчян Т. Г. Армянская диаспора в США (1960-е — 1990-е гг.). Диссертация на соискание ученой степени кандидата исторических наук. — Тамбов, 2015. — С. 120. Режим доступа: "アーカイブされたコピー". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
- ↑ Мкртчян Т. Г. Армянская диаспора в США (1960-е — 1990-е гг.). Диссертация на соискание ученой степени кандидата исторических наук. — Тамбов, 2015. — С. 119. Режим доступа: "アーカイブされたコピー". 2016-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
Xarici keçidlər
redaktə- Van Gelder, Lawrence. "Alex Manoogian, 95; Perfected Design of Single-Handled Faucet". New York Times. 1996-07-13.
- Biography, by Steve Takesian
- Alex and Marie Manoogian Interred in Holy Etchmiadzin
- Armenian General Benevolent Union — AGBU
- Алек Манукян
- Алек Манукян (1901–1996)