Aleksandr Ipatov - Wikipedia
Aleksandr İpatov (rus. Александр Ипатов, 16 iyul 1993, Lvov, Ukrayna) Türkiyə şahmatçısı, qrosmeyster (2011).
Aleksandr İpatov | |
---|---|
rus. Александр Ипатов | |
Ölkə |
Ukrayna İspaniya Türkiyə |
Doğum tarixi | |
Doğum yeri |
Lvov Ukrayna |
Titulu | Qrosmeyster (2011) |
Son reytinqi | 2660 (yanvar 2017) |
Maksimal reytinqi | 2660 (noyabr 2016) |
FİDE nömrəsi | 14116731 |
alexipatov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəİpatov 16 iyul 1993-cü ildə Ukraynanın Lvov şəhərində anadan olub. Şahmat oynamağı dörd yaşında atasından öyrəmib və altı yaşında anası şahmat məktəbinə aparıb. İpatov Rus, Ukrayna, İspan, İngilis və Türk dilində sərbəst danışa bilir
Naliyyətləri
redaktəUkrayna
redaktə2003-cü ildə 10 yaşa qədər uşaqlar arasında Ukrayna ikincisi oldu və Yunanıstanda keçirilən Dünya Gənclər Çempionatına (10 yaşa qədər) vəsiqə qazandı. İpatov bu yarışda 133 oyuncu arasında 11-ci yeri tutdu.
2008-ci ildə İpatov əmsalını 207 punkt qaldıraraq Ukraynanın 16 yaşadək və 20 yaşadək gənclər arasında Çempionatının qalibi oldu və milli usta və beynəlxalq usta titullarını qazandı.
İspaniya
redaktə2009-cu ilin yanvar ayından 2012-ci ilin fevralınadək o, İspaniyanı təmsil edirdi. 2011-ci ildə İpatov ən böyük nailiyyətlərindən birini qazandı: aralarında 85 qrosmeysterin olduğu 573 oyunçunun iştirakı ilə keçirilən Cappelle-la-Grande Beynəlxalq Open turnirində 3-cü yeri tutdu.
Türkiyə
redaktə2012-ci ilin fevralından İpatov Tükiyə Şahmat Federasiyası adından çıxış edir. 2012-ci ilin avqustunda o, gənclər arasında Dünya Çempionu oldu və bu qələbə ona 2013-cü il Dünya Kubokunda çıxış etmək imkanı verdi. O, eyni zamanda Dünya Şahmat Olimpiadalarında (2012, 2014, 2016)Türkiyə Milli Yığmasının oyunçusu kimi çıxış etmiş və 2014-cü il Türkiyə Çempionu olmuşdur.Türkiyə Elo reytinq sıralamasında 2016-cı ilin 1 noyabr cədvəlinə görə Aleksandr birinci və dünya üzərə 92-ci yerdədir.
Xarici keçidlər
redaktə- Alexander Ipatov. Chess-DB.com Arxivləşdirilib 2016-07-29 at the Wayback Machine (ing.)
- Alexander Ipatov. 365chess.com (ing.)
- Alexander Ipatov. fide.com (ing.)
- Alexander Ipatov. chessgames.com (ing.)