Aleksandr Alyabyev - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Aleksandr Aleksandroviç Alyabyev (rus. Алекса́ндр Алекса́ндрович Аля́бьев) (4 (15) avqust 1787[1][2][…], Tobolsk[3] – 22 fevral (6 mart) 1851[1][2][…], Moskva[3][4]) − məşhur rus romanslarının peşəkar ustadı.
Aleksandr Alyabyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 4 (15) avqust 1787[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 22 fevral (6 mart) 1851[1][2][…] (63 yaşında) |
Vəfat yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Fəaliyyət illəri | 1810–1851 |
Janr | opera |
Musiqi aləti | piano |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Aleksandroviç Alyabyev 1787-ci ildə Tobolsk şəhərində qubernator ailəsindən anadan olmuşdur. 1809-cu ildə Alyabyevlər ailəsi ilə Moskvaya köşür. 1810-cu ildə Alyabyev ilk romansını və fortepiano üçün pyeslərini dərc etdirir. Alyabyev 1812-ci ildə könüllü orduya gedir. O, Parisədək hərbi yol keşir, bir çox döyüşlərdə iştirak edir, yaralanır, ordenlərlə təltif edilir. Onun dostlarının arasında dekabristlər də var idi.
Yaradıcılığı
redaktə1820-ci illərin əvvərində o, məşhur teatr musiqi bəstəkarı kimi yanınmağa başlayır, ramanaslar, fortepanino pyesləri yazır. 1823-cü ildə istefaya çıxan Alyabyev Moskvaya köçür. 1825-ci ildə o, öz evində kart oyunu zamanı mülkədar T. Vremevin ölümündə təqsirləndirilərək üç ilədək həbsxanada qalır.1828-ci ildə o, Sibirə sürgün olur.1832-ci ildə Şimali Qafqaza müalicə üçün icazə alır.1834-cü ildə Alyabyev orenburqa köcür. Yalnız 1843-cü ildə Alyabyev Moskvaya yaşamaq üçün icazə alir. Alyabyez 1851-ci ildə Moskvada vəfat etmişdir. yaradıcılığında başlıca yeri vokal musiqi tutur.
XIX əsrin birinci yarısında rus musiqi tarixinin istedadlı bəstəkarlarındandır. O parlaq fərdi xüsusiyyətlərə, çoxcəhətli yaradıcılıq yönümünə malik idi. Qlinkanın böyük müasiri Alyabyev haqlı olaraq rus romans lirikasının inkişafında xüsusi mövqe tutur və bu janrın ən böyük ustalarından biri hesab edilirdi.
Alyabyev digər sahələrdə, o cümlədən rus instrumental musiqi janrlarında da qiymətli yeniliklər etmiş, dərin iz qoymuşdur.
Alyabyev rus vokal lirikasına psixoloji dərinlik gətirmiş, ilk dəfə olaraq fəlsəfi və ictimai mövzularda əsərlər yazmışdır.
A. Alyabyev 1787-ci ildə Tobolks şəhərində, qubernator ailəsində anadan olmuşdur. 1796-cı ildə Alyabyevlər ailəsi Peterburqa köçmüşdü. Burada gənc Alyabyev özünün ilk müəllimi məşhur bəstəkar və nəzəriyyəçi Q. Millerin rəhbərliyi altında musiqi ilə ciddi məşğul olmağa başlamışdı. Peterburqun zəngin və maraqlı musiqi- konsert həyatı gələcək bəstəkarın musiqi estetik zövqünün və yaradıcılıq qabiliyyətinin formalaşması və daha da inkişaf etməsi üçün zəmin idi.
1809-cu ildə Alyabyevlər Moskvaya köçür. Gələcək bəstəkar orada da musiqi məşğələlərini davam etdirir, fortepianoda çalmağı və bəstəkarlığı öyrənir. 1810-cu ildə o, özünün ilk romansları və fortepiano üçün pyeslərini, habelə fortepiano triolarını dərc etdirir. Vətən müharibəsi hadisələrinə laqeyd qala bilməyən Alyabyev 1812-ci ilin iyulunda könüllü surətdə orduya gedir. O, bir çox döyüşlərdə iştirak edir, yaralanır, hərbi şücaətlərinə görə ordenlərlə təltif edilir. Müharibə qutarandan sonra vətənə qayıdan bəstəkar sonra da hərbi qulluqda qalır. Peterburqda məskən salan bəstəkar burada dövrünün qabaqcıl ziyalıları ilə yaxınlaşır. Bu dövrdə Alyabyev musiqi ilə ciddi məşğul olmağa başlayır. 20-ci illərin əvvələrində o, məşhur teatr musiqisi bəstəkarı kimi tanınmağa başlayır, romanslar, fortepiano pyesləri yazır. 1822-ci il Peterburq Böyük teatrında bəstəkarın "Lunnaya noç ili domovıe" (" Aylı gecə və ya damdabacalar") komik operası müvəffəqiyyətlə tamaşaya qoyulur.
Vokal yaradıcılığı
redaktəAlyabyev yaradıcılığında başlıca yeri vokal musiqisi tutur. O, rus vokal lirikasının müxtəlif janrlarına müraciət etmişdir. Bəstəkar xüsusən, ənənəvi lirik romans və "rus mahnısı" janrlarında çoxlu vokal əsər bəstələmiş və bu janrlara müəyyən yeniliklər gətirmişdir.
1828-ci ildə adam öldürməyə görə müqəssir bilinmiş və sürgün edilmiş bəstəkarın taleyi onu sərgərdan vəziyyətinə salmışdı. Buna görə də bəstəkarın yaradıcılığında dövrünün digər liriklərinə nisbətən romantik tənhalıq, həsrət, ayrılıq mövzuları konkret şəkil almışdı.
Alyabyev 150-dən artıq romansın müəllifidir. Yaradıcılığının erkən çağlarında Alyabyev əsasən vokal lirikasının ənənəvi janrlarına- sentimental romans və rus mahnısına müraciət edirdi. Belə romanslardan Delviqin sözlərinə bəstələnmiş " Ne qovori, lyubov proydet" ("Demə ki, məhəbbət ötəridir"), Jukovskinin mətni əsasında "Qolos s tovo sveta" (" O dünyadan gələn səs") və A. S. Puşkinin sözlərinə yazılmış "Sleza" (" Göz yaşı") əsərlərinin adlarını çəkmək olar.
Həmin illər Alyabyev "rus mahnılarından" "Bereçkom rumyanu zoryu" ("Axşam qürub çağı"), "Solovey" ("Bülbül") əsərlərini bəstələyir. Erkən yaradıcılıq nümunələri olan bu vokal əsərlərdə Alyabyev üslübunun ayrı-ayrı cəhətləri, onun həssas və düşündürən lirikaya meyli aydın görünür.
Qərbi Avropa şairlərinin mətnlərinə Alyabyev nadir hallarda müraciət edir. Höte, Mitskeviç, Bayron, Beranje, Mur və Salisin sözlərinə altı romans yazır.
Böyük bir dövr ərzində Alyabyevin vokal əsərləri rus poeziyasının inkişafının ümumi mənzərəsini özünəməxsus şəkildə əks etdirirdi.
Alyabyevin yaradıcılıq irsində Puşkinin sözlərinə yazılmış mahnılar mühüm yer tuturdu. Bəstəkar təkcə Puşkinin sözlərinə 21 romans yazmışdır. Puşkinin yaradıcılığına olan böyük məhəbbəti bəstəkar, bütün həyatı boyu qəlbində gəzdirmişdi. Artıq 20-ci illərdə Aylabyevin Puşkinin sözlərinə yazdığı ilk romanslar- "Sleza"! ("Göz yaşı"), "Poqaslo dnevnoe vsetilo" ("Günəş söndü"), "Pevest" ("Nəğməkar"), "Ya pomnu çudnoe mqnovenie" (" O möcüzəli anı xatırlayıram") və başqaları meydana çıxmışdı.
Alyabyevin Puşkinin sözlərinə yazdığı ən gözəl vokal əsərləri arasında "Qış yolu" və "İki qarğa" romansları vardır.
Bəstəkarın dostu şair İ. İ. Betterin sözlərinə yazılmış "İrtış" romansı azadlığa alovlu çağırış kimi səslənirdi. Romans kontrast-dramatik formada yazılmışdı: nəqledici, sakit tərzli birinci bölmə sürgün edilmiş gənc qəhrəmanın " tale tərəfindən qovulmuş" obrazını təsvir edir; ikinci bölmə sürgün edilmiş gəncin dramatik monoluqudur.
Alyabyevin yaradıcılığında şərq mövzusu mühüm yerlərdən birini tuturdu. Bəstəkar rus vokal musiqisində şərq mahnılarının ilk nümunələrini yazmışdır. Alyabyevdən sonra bu mövzu bəstəkarlardan Qlinka, Balakirev, Borodin, Rimski-Korsakov və başqaları tərəfindən davam etdirilib. Bəstəkar Qafqaz xalq melodiyalarını tətbiq edir. Şərq aləminin ənənəvi təsfiri Kozlovun sözlərinə yazılmış " Lyubovnik rozı solovey" ("Qızıl gülün aşiqi bülbül") romansında öz əksini tapır.
Alyabyevin dramatik tərzli vokal əsərlərindən Beranjenin sözlərinə yazılmış " Nişşaya" ("Dilənçi qadın") romansını qeyd etmək olar. Fransız demokrat şairi Beranjenin yaradıcılığına müraciət edilməsi rus inqilabçı-demokratlar tərəfindən yüksək qiymətləndirilir və Alyabyev yaradıcılığının demokratik istiqamətini müəyyən edirdi.
Alyabyevin yaradıcılıq irsində başlıca yerlərdən birini instrumental musiqi tutur. Bəstəkar simfonik və nəfəs alətləri orkestri üçün yazılmış 30-dan artıq əsərin müəllifidir. Bunların arasında simfoniyalar, üverturalar, rəqs janrında yazılmış əsərlər(polonezlər, mazurkalar, valslar), nəfəs alətləri orkestri üçün simfoniya və parçalar var. Alyabyev yaradıcılığında simfonik janrların, hər şeydən əvvəl bir hissəli üverturaların inkişaf yolu müəyyən edilirdi. Bu janr XIX əsrin ortalarında və II yarısında rus bəstkarlarının yaradıcılığında xüsusi yer tuturdu. Bəstəkarın ən gözəl instrumental əsərləri arasında 30-cu illərdə qələmə alınmış mi minor " üvertura- simfoniyasını" və fa minor üverturasının adlarını çəkmək olar.
Alyabyev kamera instrumental musiqi sahəsində də çox çalışırdı. Bəstəkarın yalnız səkkiz iri həcmli tamamlanmış əsəri dövrümüzə gəlib çatmışdır. Bunlardan iki simli kvareti, iki fortepiano triosunu, skripka və fortepiano sonatasını, fortepiano və trio üçün variasiyalar silsiləsini göstərə bilərik. Həmin əsərlərdə Alyabyev kamera janrının mahir ustalarından biri, Rusiyada instrumental ansambl musiqisininin banisi kimi çıxış edirdi.
Alyabyevin yaradıcılıq irsində fortepiano əsərləri mühüm yer tutur. Onların çoxu "tətbiqi" məişət musiqisi aləminə aid olurdu, bu polonezlər, ekosezlər, valslar, polkalar və s. idi. Həmçinin yaradıcılığında dramatik teatr musiqisinin müxtəlif janrlarına böyük yer verirdi. O, 5 operanın, dram tamaşalarına yazılmış musiqinin, " Bolşebnıy baraban ili sledstvie volşebnoy fleytı" (" Sehrli təbil və ya sehirli flyetanın nəticəsi " baletinin, 20-dən artıq vodevilin müəllifidir. Sibir sürgünündən əvvəl bəstəkar, əsasən opera, vodevil və balet yazmışdı. Sürgün illərində isə Alyabyev dram tamaşalarına musiqilər bəstələyirdi. Bu janrlara misal olaraq " Derevenskiy filosof" (Kənd filosofu), " Uçitel i uçenik" (Müəllim və şagird), " Xlopotun" (Çalışqan adam) və başqa opera-vodevillərini, "Lunnaya noç" (Aylı gecə) operasını, "Su pərisi" dramına yazdığı musiqini, bəstəkarın son əsəri ən gözəl operası " Ammalat bəy" i göstərmək olar.
Bəstəkar vokal lirika səhəsinə yeniliklər gətirərək özünü novator kimi göstərmişdi. Yeni tipli lirik-psixoloji vokal əsərləri bəstələyən Alyabyev öz yaxın müasirləri Qlinkanın və Darqomijskinin yaradıcılıq üslubunun formalaşmasına təsir göstərmişdir. Onun romantik yaradıcılığı, yuxarıda qeyd etdiyimiz kimi, sonrakı bəstəkarlar nəslinin əsərlərində, o cümlədən Çaykovski lirikasında, öz əksini tapmışdır.
Alyabyev 1851-ci ildə Moskvada vəfat etmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Риман Г. Алябьев // Музыкальный словарь (rus.): Перевод с 5-го немецкого издания. / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 3. С. 1500.
- ↑ 1 2 3 4 Алябьев Александр Александрович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Э. Алябьев (rus.). // Музыкальный словарь: Перевод с 5-го немецкого издания / под ред. Ю. Д. Энгель, пер. Б. П. Юргенсон Москва: Музыкальное издательство П. И. Юргенсона, 1901. Т. 1. С. 32–33.