Aleksandr Atabekyan - Wikipedia
Aleksandr Atabekyan (erm. Ալեքսանդր Մովսեսի Աթաբեկյան; 2 fevral 1869, Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 5 dekabr 1933, Moskva, RSFSR, SSRİ) — erməni əsilli anarxist. Rusiya Sovet Federativ Sosialist Respublikası daxilində anarxizmin yayılması fəaliyyəti ilə məşğul olmuş və rus dilli anarxist ədəbiyyatının hazırlanmasına rəhbərlik etmişdir.
Aleksandr Atabekyan | |
---|---|
erm. Ալեքսանդր Մովսեսի Աթաբեկյան | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniya |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | erməni |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, redaktor[d], jurnalist, aktivist, siyasətçi, həkim |
Partiyası |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Atabekyan 1868-ci ilin 2 fevral tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasına bağlı Şuşa qəzasına daxil olan Şuşa şəhərində, Qarabağ məliklərindən olan məlik soyundan gələn Atabekyanların ailəsində anadan olmuşdur. İlk təhsilini Şuşa real məktəbində almışdır. 1889-cu ildə təhsilini davam etdirmək üçün İsveçrənin Cenevrə şəhərində yerləşən Cenevrə Universitetinə yollanmışdır. Cenevrədə olduğu 1888–1890-cı illər aralığında Sosial Demokrat Hnçak partiyasının yaradılmasında və onun fəaliyyətinin koordinasiya edilməsində yaxından iştirak etmişdir.
Atebekyan eyni zamanda Avetis Nazarbekyan tərəfindən nəşr edilən və Sosial Demokrat Hnçak partiyasının rəsmi yayım orqanı olan Hinçak qəzetinin hazırlanmasında köməklik göstərmişdir və həmin qəzetdə bir sıra yazılarla çıxış etmişdir. Tanınmış rus anarxist alim Pyotr Kropotkinin əsərləri ilə tanış olduqdan sonra anarxist olmuşdur. Aleksandr Atabekyan Cenevrə şəhərində anarxist kitabxanasının yaradılmasının əsas təşkilatçılardan biri olmuşdur.[1]
Sonrakı fəaliyyətini anarxizmin və anarxist ədəbiyyatının tərcümə edilməsinə həsr edən Atabekyan bir sıra tanınmış müəlliflərin kitablarını rus və erməni dillərinə tərcümə edir. Daşnaksütunun anarxist tərəfdaşları ilə əlaqələrin qurulması da Atabekyanın anarxist ədəbiyyatı erməni və rus dilinə tərcümə etdiyi dövrə təsadüf etməkdədir. Əsərlərindən və fikirlərindən təsirləndiyi Pyotr Kropotkin ilə Bolqarıstanda görüşmüşdür.[2] 1894-cü ildə Hamaink adlı erməni dilində nəşr edilən anarxist jurnalını çap etdirmişdir.
Jurnalın cəmi 4–5 nömrəsi işıq üzü görmüşdür və Hamaink bu günə qədər anarxizm mövzusuna həsr olunmuş yeganə erməni dilli jurnal hesab olunmaqdadır. 1896–1917-ci illər aralığında İranın şimal hissəsində həkim kimi çalışmışdır. 1914–1917-ci illər aralığındakı dövrdə Rusiya İmperator Ordusunun həkimi kimi fəaliyyət göstərmişdir.
Aleksandr Atabekyan Rusiya vətəndaş müharibəsindən sonra hərbi həkim kim çalışdığı Rusiya İmperator Ordusunun dağılmasından istifadə edərək, Pyotr Kropotkin ilə yenidən görüşür və Fevral burjua-demokratik inqilabından sonra Moskvada fəal şəkildə anarxizmlə məşğul olur. 1919–1923-cü illərdə anarxist dövri mətbuat orqanı olan Poçin qəzetinin redaktoru vəzifəsində işləmiş, liberal hərəkatda anarxo-kooperativ cərəyanını təmsil etmişdir.[2]
Atabekyan Poçin qəzetində sosial inqilabçıları və bolşevikləri tənqid edən və Oktyabr inqilabına qarşı çıxdığını göstərən bir sıra yazılar yayımlamışdır. Pyotr Kropotkinin ölümündən sonra bir sıra veteran anarxistlərlə birlikdə Kropotkinin ev muzeyini yaratmışdır. Aleksandr Atabekyan fəaliyyətləri səbəbindən 1930-cu illərdə həbs olunmuşdur. 1940-cı ildə SSRİ tərəfindən təşkil edilmiş əmək düşərgələrinin birində öldüyü ehtimal edilməkdədir.[2]
İstinadlar
redaktə- ↑ Avrich, Paul. "THE DOWNFALL OF RUSSIAN ANARCHISM" (PDF). manifesto-volos.espivblogs.net. 1967. 2017-10-11 tarixində orijinalından (PDF) arxivləşdirilib.
- ↑ 1 2 3 Alexander Atabekian papers Arxivləşdirilib 2011-05-14 at the Wayback Machine. Retrieved 2008–04–29.