Aleksandr Mojayski - Wikipedia
Aleksandr Fyodoroviç Mojayski (rus. Алекса́ндр Фёдорович Можа́йский; 9 (21) mart 1825, Kotka[d], Finlandiya knyazlığı – 20 mart (1 aprel) 1890, Sankt-Peterburq) — havadan ağır uçan aparları (UA) sahəsində Rusiya tədqiqatçısı, konstruktor və ixtiraçı.
Aleksandr Mojayski | |
---|---|
rus. Алекса́ндр Фёдорович Можа́йский | |
Doğum tarixi | 9 (21) mart 1825 |
Doğum yeri | |
Vəfat tarixi | 20 mart (1 aprel) 1890 (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Elm sahələri | aviasiya[1] |
Təhsili |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAleksandr Fyodoroviç Mojayski 21 mart 1825-ci ildə Rusiya imperiyası tərkibində olan Finlandiya knyazlığının Kotka şəhərində anadan olmuşdur. O, 1841-ci ildə Dəniz Kadet Korpusunu bitirmişdir. Mojayski 1841–1862 və 1879–1882-ci llər Hərbi Dəniz Donanmasında, 1862–1879-cu illərdə mülki idarələrdə xidmətdə olmuşdur. O, 1882-ci ildə general-mayor rütbəsində istefaya çıxmışdır. Mojayski 1886-cı ildən kontr-admiral rütbəsini daşımışdır. O, 1856-cı ildən ömrünün sonunadək UA yaradılması məsələləri ilə məşğul olmuşdur. Mojayski 1876-cı ildə hazırladığı modelləri nümayiş etdirmişdir. O, 3 noyabr 1881-ci ildə Rusiyada ilk dəfə ixtira etdiyi təyyarə üçün patent almışdır. Mojayski 1881–1882-ci illərdə yeni təyyarə yaratmaq üçün çalışmışdır, lakin 1909-cu ilə və daha sonralara aid məlumatdan müəyyən edilmişdir ki, səyi uğursuz olmuşdur. Onun quraşdırdığı uçuş aparatı insan tərəfindən idarə olunan təyyarə yaratmaq sahəsində ilk əməli təşəbbüslərdən biri kimi əhəmiyyətlidir. Mojayski 1 aprel 1890-cı ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində vəfat etmişdir.[2]
İstinadlar
redaktə- ↑ 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 20.
Əlavə ədəbiyyat
redaktə- В.Малков. У села Можайского // Вологодский комсомолец. — 1979. — 14.01
- Ю.Арсеньева. Любовь// Русский Север. — 1996. — 16.04
- Александр Фёдорович Можайский создатель первого самолёта. Сборник документов. — М.: Издательство АН СССР, 1955.
- Дузь П. Д. История воздухоплавания и авиации в России (период до 1914 года). – 2 изд. перераб. — М.: Машиностроение, 1981. — 272 с.
- Свищев Г. П. Первый отечественный авиаконструктор // Авиация в России (к 100-летию отечественного самолётостроения). — М.: «Машиностроение» (по заказу ЦАГИ им. Н. Е. Жуковского), 1983. — С. 5—10.
- Бычков В. К истории создания самолёта А. Ф. Можайского // Авиация в России (к 100-летию отечественного самолётостроения). — М.: «Машиностроение» (по заказу ЦАГИ им. Н. Е. Жуковского), 1983. — С. 11—40.
- Шавров В. Б. История конструкций самолётов в СССР до 1938 г. − 3-е изд, исправл.. — М., 1994. — 704 с.
- Никулин Ю. А. Александр Фёдорович Можайский - русский морской офицер и авиаконструктор: жизнь и деятельность (1825-1890). Диссертация на соискание учёной степени кандидата исторических наук. — СПб., 2006.