Aleksandr Praynfalk - Wikipedia
Aleksandr Praynfalk (26 iyul 1920 və ya 6 fevral 1920, Bakı – 12 dekabr 1944) — İkinci dünya müharibəsi zamanı Üçüncü Reyxin hərbi hava qüvvələri olan Lüftvaffedə xidmət etmiş as-pilot və Cəngavər Dəmir Xaçı mükafatı laureatı.
Aleksandr Praynfalk | |
---|---|
Alexander Preinfalk | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan Demokratik Respublikası |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Bruxzal, III Reyx |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | III Reyx |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Lüftvaffe |
Hərbi hissə |
Jagdgeschwader 51 Jagdgeschwader 77 Jagdgeschwader 53 |
Rütbəsi | Oberfeldvebel |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktə1920-ci ilin 6 fevralında Bakıda Azərbaycan almanları ailəsində anadan olmuşdur. Sovet hakimiyyətinin qurulmasından sonra ailəsi ilə Almaniyaya köçən Fraynfalk 1941-ci ildə təhsilini başa vuraraq Üçüncü reyx hərbi hava qüvvələrinə daxil olmuşdur. Fəaliyyətinə JG-51 eskadronu ilə başlayan Aleksandr daha sonra yaralanmış və 1942-ci ildə JG-77 eskadronuna keçmişdir. Məhz bundan sonra Aleksandrının şöhrəti artmış, 13 sentyabr 1942-ci ildə Lüftvaffe şərəf kubokunu qazanmışdır. 3 oktyabr 1942-ci ildə Alman xaçı ordenini, 14 oktyabr 1942-ci ildə 50-dən artıq təyyarə vurduğu üçün II dərəcəli Dəmir xaç ordenini, 19 oktyabr 1942-ci ildə isə I dərəcəli Dəmir xaç ordenini qazanmışdır. Bundan sonra o Afrika kampaniyasına transfer edilmiş, 71-ci və son təyyarəsini 1943-cü il 26 apreldə vurmuşdur. 1943-cü ilin iyunundan pilotluq peşəsinə bir müddət ara vermiş və tədrislə məşğul olmuşdur. 1944-cü ilin avqustunda yenidən pilotluğa qayıtmış, 12 dekabr 1944-cü ildə Baden səmalarında amerikan pilotu tərəfindən təyyarəsi vurulmuşdur.
Mənbə
redaktəDie Träger des Ritterkreuzes des Eisernen Kreuzes 1939–1945 – Die Inhaber der höchsten Auszeichnung des Zweiten Weltkrieges aller Wehrmachtsteile [Cəngavər Dəmir xaçı laureatları 1939–1945 — İkinci dünya müharibəsində Vermaxtın ən üstün mükafatına sahib olan şəxslər] (Almanca). Friedberg, Germany: Podzun-Pallas. ISBN 978-3-7909-0284-6, Walther-Peer Fellgiebel