Aleksandr Tibilov - Wikipedia
Aleksandr Tibilov[1] (oset. Тыбылты Алыксандр ; 17 fevral 1887 – 1937, Sxinval) — Cənubi Osetiya, Sovet yazıçısı, jurnalist, ədəbiyyatşünas və ictimai xadim. Osetin "Fidiuaq" ədəbi jurnalının qurucularından biri. Əsərlərini Hosdau təxəllüsü ilə yazmışdır. Cənubi Osetiya Dövlət Universitetinə onun adı verilmişdir[2].
Aleksandr Tibilov | |
---|---|
Təxəllüsü | Хосдау |
Doğum tarixi | 17 fevral 1887 |
Vəfat tarixi | 1937 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, jurnalist, ədəbiyyat tənqidçisi, ictimai xadim |
Bioqrafiya
redaktə17 fevral 1887-ci ildə Tiflis vilayəinin Zalda kəndində (bu gün ki Cənubi Osetiyanın Tsxinvali rayonu) anadan olmuşdur. 1910-cu ildə Tiflis gimnaziyasını bitirmiş və həmin il Novorossiysk Universitetinin Tarix və Filologiya fakültəsinə daxil olmuşdur[3]. 1915 -ci ildə universiteti bitirdikdən sonra Tiflisdəki doğma gimnaziyasında rus dilindən dərs demişdir. 1918-ci ildə Tsxinvaliyə köçür və burada yerli gimnaziyada dərs deməyə davam edir. 1920-ci ildə Cənubi Osetiyanın təhsil orqanlarında hökumət vəzifəsinə təyin edilir.
1924-cü ildə "Xurzarin" qəzetinin qurucularından biri olur. Bu qəzetin redaksiyasında əvvəlcə məsul katib, daha sonra redaktor müavini işləyir. 1927-ci ildə Osetiya ədəbi jurnalının ("Fidiuaq") qurulmasında iştirak edir. 1930-cu ildə Tsxinvali Kitab Nəşriyyatının idarə heyətinin üzvü olur. "Bolşevik sənəti" qəzetinin redaksiyasında və "Müəllimə kömə" jurnalında çalışır.
1925-1932-ci illərdə Tsxinvalidə osetin dili və ədəbiyyatından dərs dediyi bir pedaqoji texnikumun açılışı ilə məşğul olur. Daha sonra bu pedaqoji texnikuma direktor təyin edilir. 1932-ci ildə daha sonra Cənubi Osetiya Pedaqoji İnstitutuna (bu gün ki Cənubi Osetiya Dövlət Universiteti) çevrilən Stalinir Aqrobiologiya İnstitutunun təşkilində birbaşa iştirak edir. O, təsis etdiyi Stalinir Aqrobioloji İnstitutunun müavini və təhsil şöbəsinin müdiri olur.
Dövrünün Osetiya yazıçılarının ədəbi fəaliyyəti haqqında tənqidi məqalələr yazır. Rus və gürcü yazıçılarının osetin dilinə tərcümələri ilə məşğul olur.
1937-ci ildə repressiyaya məruz qalır. Ancaq 1955-ci ildə ona bəraət verilir.
1989-cu ildə Cənubi Osetiya Dövlət Universitetinə onun adı verilir. 1964-cü ildə Tsxinvalidə oset. Равзаргæ уацмыстæ (Seçilmiş əsərlər) əsərlərinin toplusu və 1988-ci ildə oset. Уацмысты æмбырдгонд toplusu nəşr olunur.
İstinadlar
redaktə- ↑ Согласно Писатели Осетии, стр. 88
- ↑ "Биографические сведения". 2015-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
- ↑ "Биографические сведения". 2013-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-19.
Ədəbiyyat
redaktə- Гугкаты Дз., Тыбылты Алыксандр, Фидиуæг, № 7, 1956.
- Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 88—89, ISBN 978-5-7534-1499-01.
- Очерк истории осетинской советской литературы, Орджоникидзе, 1967.
- Писатели Южной Осетии, Цхинвали, 1967.