Aleksey Suseni - Wikipedia
Aleksey süsəni (lat. Iris alexeenkoi) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir – CR B2b (iii,iv, v) c (ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.
Aleksey süsəni | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Aleksey süsəni |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəÇoxillik bitkidir, kökümsovun yoğun, qısadır, gövdə bir təpə çiçəklidir, çox qısa, bəzən inkişaf etməyəndir, yarpaqlar yaşıl, bozumtul qalxanvari 4-7 (10) mm enindədir. Təpə yarpaqları yaşıl, göyümtül, təpə hissəsi pərdəli, çiçəkdən qısadır, çiçəkyanlığının borucuğu 5 dəfə yumurtalıqdan uzundur, çiçəkyanlığı bənövşəyi, xarici tərəfi (3,5) 4,5 -5,5 sm uzunluğundadır. Təpə hissəsi dairəvidir; çiçək yanlığının daxili tərəfi yumurtavari və ya uzunsovdur. Sütuncuğun kənarı çiçəkyanlığının xarici kənarından qısadır, ağımtıl, bənövşəyi, uzununa zolaqlıdır. Tozcuğu mavidir, qutucuq 5 sm uzunluğunda, uzunsov –yumurtavari, üçtillidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprel-may aylarının birinci ongünlüyünə təsadüf edir.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Kolluqlarda, oltu yamaclarda qruplaşmalar əmələ gətirir. Düzənliklərdə və aşağı dağ qurşağında yayılmışdır. Dekorativ bitkidir.
Yayılması
redaktəKür düzənliyi, Bozqır yaylası. Sayı və tendensiyası: Mənfi antropogen təsirlər növün itmə təhlükəsini yaradır.
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (dekorativ bitki kimi hali tərəfindən intensiv yığılması, otarılma, tapdalanma).
Mühafizə tədbirləri
redaktəYayıldığı sahələrin, təbii populyasiyalarının mühafizə olunması üçün xüsusi tədbirlər aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.