Ali Milli Tehlukesizlik Surasi - Wikipedia
Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ; fa: شورای عالی امنیت ملی Showrāye Āliye Amniyate Mellī) İran İslam Respublikasının milli təhlükəsizlik şurasıdır. Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şəmxanidir. 10 sentyabr 2013-cü ildə prezident Həsən Ruhani tərəfindən katib vəzifəsinə təyin edilmişdir. Şura, milli maraqların və İslam inqilabının, ərazi bütövlüyünün və ölkənin milli suverenliyinin qorunması və dəstəklənməsi üçün yaradılmışdır. Bu qurum 1989-cu ildə konstitusiyanın revizyonu zamanı qurulmuşdur.[1]
Şuranın vəzifələri konstitusiya ilə aşağıdakı kimi müəyyən edilmişdir:
- Liderin müəyyən etdiyi ümumi siyasətlər çərçivəsində ölkənin müdafiə və milli təhlükəsizlik siyasətlərinin müəyyənləşdirilməsi.
- Ümumi müdafiə və milli təhlükəsizlik siyasətləri ilə əlaqəli siyasi fəaliyyət, kəşfiyyat, sosial, mədəni və iqtisadi sahələrin koordinasiyası.
- Daxili və xarici təhdidlərlə üzləşməmək üçün ölkənin maddi və intellektual ehtiyatlarından istifadə edilməsi
Tərkibi
redaktəBu Milli Təhlükəsizlik Şurası, İran İslam Respublikası Konstitusiyasının 176-cı maddəsi ilə ölkə prezidentinə rəhbərlik etmək onun vəzifəsidir.[2] Prezident Ali Şuranın katibini seçir.[3] Şuranın qərarları Ali Rəhbər tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minir.[4] Ali Rəhbər Əli Xamenei və Ali Milli Təhlükəsizlik Şurası (AMTŞ) xarici siyasətlə bağlı verilmiş qərarların başındadır.
Nüvə siyasəti
redaktəAli Milli Təhlükəsizlik Şurası ölkənin nüvə siyasətini hazırlayır. Şuranın formalaşdırdığı nüvə siyasətləri, Ali Rəhbər tərəfindən təsdiqləndikdə qüvvəyə minir.[5] Ali Şuranın katibi nüvə danışıqları üçün məsuliyyətin Xarici İşlər Nazirliyinə həvalə olunduğu 5 sentyabr 2013-cü ilədək İranın nüvə danışıqları üzrə əsas nümayəndəsi idi.[6]
İstinadlar
redaktə- ↑ "Islamic Republic of Iran, The Supreme National Security Council (SNSC)". 2006-10-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
- ↑ § 1 of Article 176
- ↑ ISNA - 08-15-2005 - 84/5/24 - سرويس: / سياسي / شماره خبر: 569141 Arxiv surəti 24 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-24 at the Wayback Machine
- ↑ § 5 of Article 176
- ↑ Article 176
- ↑ "Iran's Rouhani shifts responsibility for nuclear talks". BBC. 5 September 2013. 18 January 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 September 2013.