Ali Partiya Mektebinin Binasi - Wikipedia
Ali partiya məktəbinin binası — Rostov-na-Donu şəhərinin ərazisində, Budyannovski prospekti Moskovskaya küçəsi, ev 20/45 ünvanında yerləşən bina. Bina Qeorqi Aleksadroviç Petrov və N. Q. Xudavertovun layihəsi əsaaında 1953–56-cı illər ərzində inşa edilmişdir. Binada kommunist partiyasının ali məktəbi yerləşirdi. Bina neoklassizm stilində inşa edilmişdir. Bu dövrdə Xruşov funksionalizmi hökmranlıq edirdi.
Ali partiya məktəbinin binası | |
---|---|
rus. Здание Высшей партийной школы | |
47°13′19″ şm. e. 39°42′55″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1956 |
Memar | Qeorqi Aleksadroviç Petrov, N. Q. Xudavertov |
Memarlıq quruluşu | neoklassizm |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTikinti ilə əlaqədar layihə Q. A. Petrov tərəfindən hazırlanmışdı. Bu layihəyə görə Ali partiya məktəbinin binası şəhərin ən gözəl dizayn edilmiş və dekorlarls bəzədilmiş binalarından biri olmalı idi[1]. Ancaq tikintinin gedişi bir fərmanla tamamən dəyişdirilməli olmuşdur. SSRİ Nazirlər Kabineti və MK 4 noyabr 1955 il qərarı ilə tikindidə artıqların aradan qaldırılması ilə əlaqədar verilən əmrdə binaların xüsusi ilə fasadlarında olan bəzək elementləri yığışdırılır. Bu əmrin tikintiyə təsir görtərməsinə baxmayaraq arxitektor bu təsirləri minimallardırmağa nail olmuşdur. 1980-ci ilin ortalarında binanın ətraflarında yeni tip binalar inşa edilməyə başlanmışdır. Bu addımlar binanın təməlini xeyli zəiflətmişdi. Belə ki, qrunt suları təmələ yığılmasına səbəb olmuşdur. Bir müddət sonra binada çatlar meydana gəlmişdir. Fasadında olan karnizlərin bir hissəsi qoparaq düşmüşdü. Bununla belə bu gündə bu qəzalı bınada Gömrük akademiyasının Rostov filialı yerləşir[2].
Arxitektura
redaktəBinanın yuxarı mərtəbədə üzəri keramik plitələrlə işlənmişdir. Binanın pəncərələrinin kənarları baraleyflərlə bəzədilmişdir.
Həmçinin bax
redaktəƏdəbiyyat
redaktə- Л. Ф. Волошинова. Негромкая архитектурная дата: Георгий Алексеевич Петров (1912–1975) // Донской временник, 2001.
Mənbə
redaktə- Проект и строительство конторы Госбанка Arxivləşdirilib 2018-01-18 at the Wayback Machine (rus.)
İstinadlar
redaktə- ↑ Л. Ф. Волошинова. Негромкая архитектурная дата: Георгий Алексеевич Петров (1912–1975) Arxivləşdirilib 2014-09-12 at the Wayback Machine // Донской временник, 2001.
- ↑ "Ростовский филиал Таможенной академии". 2014-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-13.