Allan Fakir - Wikipedia
Allan Fakir (1932– 4 iyul, 2000) (Sind dilində: علڻ فقيرُ, Urdu dilində: علن فقیر), Pakistanın xalq mahnılarının ifaçısı. Pakistanda Sufi musiqisinin ən qabaqcıl təmsilçilərindən biri. Xüsusilə ekstatik ifa tərzi, həddindən artıq özünəxas ritorikası və sufi rəqsi ilə seçilirdi.
Allan Fakir | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1932 |
Vəfat tarixi | 4 iyul 2000 |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Mükafatları |
Həyatı
redaktəAllan Fakir 1932-ci ildə Sind vilayətinin Camşoro məntəqəsinin Aamari adlı qədim kəndində anadan olmuşdur. Allannın anası ona həyat bəşx etdikdən sonra vəfat etmişdir. O uşaqlığını Sind vilayətinin Sehuan və Heydərabad şəhərləri arasında yerləşən Manhandda keçirmişdir.
O Mangrasi tayfasından idi. Onun atası toylarda ənənəvi musiqilər ifa edir və baraban çalırdı. Fakirin qardaşları da indiyə qədər həmin işi görürlər.
Fakir ərəb sözüdür, təsəvvüf və mistik anlam verir. Beləliklə Fakir sözün əsl mənasında zahid həyatı sürən, maddi ehtiyaclardan məhrumiyyət və mövcud qaynaqlardan məmnuniyyət hissi duyan şəxsdir. Sind və urdu dillərində dilənçi mənasını verən və çox sıx istifadə edilən mənası ilə qarışdırılmamalıdır.
O sadəcə yeniyetmə olanda həzin və qəmgin musiqilər ifa edirdi. Atası onun bu cür ifalarını bəyənmirdi. Ana sevgisindən məhrum olan Allan bu boşluğu dolduracaq sevgi axtarışında olmuşdur. O Bhit Şahda Şah Əbdül Lətif Bhitai türbəsinə gəlib çatır və burada yaşamağa başlayır. Ona musiqi ifa etməyi atası öyrədib.
Allanın oxuma və yazma bilməməsinə baxmayaraq çox iti yaddaşı var idi. O hər gecə ənənəvi "Lətifi Raaq"a qulaq asırdı. Faqir Zavar Qurban Əli Lahicani və Moolçand Maharac tərəfindən həvəsləndirilən Allan Fakir Bhitai poeziyasından musiqi ifaə etməyə başladı və nəticədə ömrünün növbəti 20 ilini, Mumtaz Mirzə ilə görüşənə qədər orada keçirdi. Həmin şəxs onu Heydərabadda Pakistan radiosuna və Pakistan Televiziya Korporasiyasına təqdim etmişdir. Mumtaz Mirzə ona Bhitai poeziyasının düzgün tələfffüzünü öyrətmişdir.
Nəticədə Allan canlı əfsanəyə çevrildi.
Tanınmış musiqiləri
redaktəOnun musiqiləri əsasən Sind dilindədir, urdu dilində olanlar da var. Adətən Sufizmlə və fəlsəfi görüşlərlə bağlıdır. Lakin onun ifasının xarakteristikası onu digər xalq musiqiçilərindən fərqləndirir.
- Onun ən məşhur musiqilərindən biri pop musiqiçi Məhəmməd ƏL-Şeyxi ilə birgə oxuduəu duetdir. Bu duetdə ifa olunan musiqi "Allah Allah Kar Bhayya, Humma Humma"[1] adlanır və ona böyük məşhurluq gətirdi.
- "Itne bare jeewan saagar mein tu nein Pakistan diya, O' Allah, O' Allah"[2] adlanan vətənpər musiqisi də ona məşhurluq gətirmişdir.
Təltif və mükafatları
redaktəXalq mədəniyyəti qarşısındakı xidmətlərinə görə o işlə və Sinxologiya İnstitutunda çox da böyül olmayan bir evlə təmin olunmuşdu.
Allan Fakir aşağıdakı mükafatlarla təltif olunmuşdur:
- 1980-ci ildə Prezident mükafatı;
- 1987-ci ildə Şahbaz mükafatı;
- 1992-ci ildə Şah Lətif mükafatı;
- 1993-cü ildə Kandxot mükafatı.
Ölümü
redaktəAllan Fakir 4 iyul, 2000-ci il tarixində Kəraçinin Liyaqət Milli Hospitalında vəfat etmişdir. İflic səbəbindən dünyasını dəyişib və özündən sonra 3 oğul və 2 qız övladı qoyub.
İstinadlar
redaktə- ↑ "Muhammad Ali shehki and Allan Faqeer - Allah Allah Kar bhaiya(Better Quality) - Youtube.com". 2022-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.
- ↑ "Itne bare jeewan saagar mein tu nein Pakistan diya, O' Allah, O' Allah - Youtube.com". 2022-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-14.