Alma Bitki - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Alma | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Alma |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Ümumi məlumat
redaktəAzərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər.
Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.
Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.
Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən "Frazer" layihəsi çərçivəsində Fransadan gətirilmiş müxtəlif alma, gilas və armud sortlarının tingliyi salınmışdır. Bu gün Qrani Smit (Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı mövcuddur. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır.
Tərkibi
redaktəAlmanın tərkibində 5–24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək-damar sistemi üçün çox faydalıdır. Almanın mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-3, mis-az miqdarda, dəmir-0,1, maqnezium-az miqdarda, fosfor-9,5, kalium-12,9, selen-0,4, natrium-1, sink-az miqdarda.
Növləri
redaktə- Malus angustifolia (Aiton) Michx.
- Malus angustifolia var. puberula (Rehder) Rehder
- Malus × arnoldiana (Rehder) Rehder
- Malus asiatica Nakai
- Malus baccata (L.) Borkh.
- Malus baccata var. gracilis (Rehder) T.C.Ku
- Malus bracteata Rehder
- Malus chitralensis Vassilcz.
- Malus coronaria (L.) Mill.
- Malus daochengensis C.L.Li
- Malus dasyphylla Borkh.
- Malus × dawsoniana Rehder
- Mədəni alma (Malus domestica Borkh.)
- Malus doumeri (Bois) A.Chev.
- Malus florentina (Zuccagni) C.K.Schneid.
- Malus floribunda Siebold ex Van Houtte
- Malus fusca (Raf.) C.K.Schneid.
- Malus glabrata Rehder
- Malus glaucescens Rehder
- Malus halliana Koehne
- Malus honanensis Rehder
- Malus hupehensis (Pamp.) Rehder
- Malus ioensis (Alph.Wood) Britton
- Malus ioensis var. texana Rehder
- Malus jinxianensis J.Q.Deng & J.Y.Hong
- Malus kansuensis (Batalin) C.K.Schneid.
- Malus kansuensis var. calva (Rehder) T.C.Ku & Spongberg
- Malus kirghisorum Al.Fed. & Fed.
- Malus komarovii (Sarg.) Rehder
- Malus lancifolia Rehder
- Malus leiocalyca S.Z.Huang
- Malus mandshurica (Maxim.) Kom. ex Juz.
- Malus manshurica (Maxim.) Kom. ex Skvortsov
- Malus melliana (Hand.-Mazz.) Rehder
- Malus micromalus Makino
- Malus montana Uglitzk.
- Malus muliensis T.C.Ku
- Malus niedzwetzkyana Dieck ex Koehne
- Malus ombrophila Hand.-Mazz.
- Malus orientalis Uglitzk. ex Juz.
- Malus pallasiana Juz.
- Malus platycarpa Rehder
- Malus praecox (Pall.) Borkh.
- Malus prattii (Hemsl.) C.K.Schneid.
- Malus × prunifolia (Willd.) Borkh.
- Malus pumila Mill.
- Malus pumila f. apetala (Münchh.) C.K.Schneid.
- Malus × purpurea (E.Barbier) Rehder
- Malus × robusta (CarriŠre) Rehder
- Malus rockii Rehder
- Malus sachalinensis Kom. ex Juz.
- Malus sargentii Rehder
- Malus sieboldii (Regel) Rehder
- Malus sieboldii var. zumi (Matsum.) Asami
- Malus sieversii (Ledeb.) M.Roem.
- Malus sikkimensis (Wenz.) Koehne ex C.K.Schneid.
- Malus soulardii (L.H.Bailey) Britton
- Malus × spectabilis (Sol.) Borkh.
- Malus spontanea (Makino) Makino
- Malus sylvestris (L.) Mill.
- Malus toringo (Siebold) Siebold ex de Vriese
- Malus toringoides (Rehder) Hughes
- Malus transitoria (Batalin) C.K.Schneid.
- Malus transitoria var. centralasiatica (Vassilcz.) T.T.Yu
- Malus trilobata (Labill. ex Poir.) C.K.Schneid.
- Malus tschonoskii (Maxim.) C.K.Schneid.
- Malus turkmenorum Juz. & Popov
- Malus yunnanensis (Franch.) C.K.Schneid.
- Malus zumi (Matsum.) Rehder
İstinadlar
redaktə- ↑ Яблоня (rus.). // Малая советская энциклопедия / под ред. Н. Л. Мещеряков 2 Советская энциклопедия, 1936.