Alma Suseqanad Kepeneyi - Wikipedia
Alma şüşəqanad kəpənəyi-(lat. Synanthedon myopaeformis)-buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin şüşəqanad kəpənəklər fəsiləsinə aid olan növ
Alma şüşəqanad kəpənəyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Alma şüşəqanad kəpənəyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Xarici quruluşu
redaktəKəpənək qanadları açılan zaman 15–20 mm böyüklükdə olur. ön və dal qanadlar parlaqdır, şüşəni xatırladır. Bədəni tünd mavi rəngdədir. Qarıncığın dördüncü buğumu qırmızıya çalır. Yumurtası ovaldır və uzunluğu 1 mm-ə çatır. Tırtılın bədəni sarımtıl-ağ, yaxud çəhrayı rəngdə olur. uzunluğu 20 mm-ə qədərdir. Pupu sarımtıl qəhvəyi olub, qarıncıq buğumlarının üst tərəfində 2 cərgəli tüklü mahmızlar var.[1]
Həyat tərzi
redaktəHər bir dişi kəpənək 200-250 ə qədər yumurta qoyur. Yumurtalardan çıxan tırtıllar qabıqlardan içəri daxil olur və canlı toxumaya qədər hərətırtıllar 2 dəfə qışladıqdan sonra ikinci ilin yayında puplaşır. Puplaşma may ayının əvvəllərindən başlayaraq iyun ayının axırlarına qədər davam edir. Havanın temperaturundan asılı olaraq pupun inkişafı 11-32 günə başa çatır. Kəpənəklər gündüzlər aktiv olur. Əsasən alma ağaclarına zərər verir.[2]
Yayılması
redaktəOrta və Cənubi Avropa, Kiçik Asiya, Şimali Afrika, Rusiya, Ukrayna, Zaqafqaziya, İsveçdə yayılıb.[3] Azərbaycanın Quba, Xaçmaz, Gəncə, Qazax, Şabran rayonlarında geniş yayılmışdır.
İstinadlar
redaktə- ↑ S.R. Məmmədova, B.B. Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986
- ↑ N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri, Bakı: 1964
- ↑ "Synanthedon myopaeformis (Borkh.) — Яблонная стеклянница". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.