Alma Almaya Benzer - Wikipedia
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər.
Alma almaya bənzər | |
---|---|
rus. Яблоко как яблоко | |
Janr |
komediya musiqili |
Rejissor | Arif Babayev |
Ssenari müəllifi | Alla Axundova |
Baş rollarda |
Hüseynağa Sadıqov Fazil Salayev Səfurə İbrahimova Həsən Məmmədov İnarə Quliyeva Hacıbaba Bağırov |
Operator | Valeri Kərimov |
Bəstəkar | Ramiz Mirişli |
Rəssam | Firəngiz Qurbanova |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 29 dekabr 1975 |
Filmin digər adı | Sehrli almalar |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 81 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1975 |
Texniki məlumatlar |
9 hissə 2602 metr genişekranlı |
Rəng | rəngli |
IMDb | ID4270810 |
Məzmun
redaktəLirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...[1]
Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.[1]
Filmin üzərində işləyənlər
redaktə- Ssenari Müəllifi : Alla Axundova
- Quruluşçu Rejissor : Arif Babayev
- Quruluşçu Operator : Valeri Kərimov
- Quruluşçu Rəssam : Firəngiz Qurbanova
- Geyim Rəssamı : Arif Əbdürrəhmanov
- Bəstəkar : Ramiz Mirişli
- Səs Operatoru : Əziz Şeyxov
- Rejissor : Əşrəf Mamayev
- Montaj edən : A. Abramova
- Qrim Rəssamı : N. Veselova
- Rejissor Assistenti : Rauf Gözəlov, Ziya Şıxlinski, E. Muradova
- Operator Assistenti : Rəsul Bayramov(R. Bayramov kimi)
- Assistent : A. Şahbazov, İ. Kopanets
- Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev
- Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev
- İşıq Ustası : V. Qorbaçov
- Redaktor : İsi Məlikzadə
- Filmin Direktoru : Əli Məmmədov (III)
- Mahnıları İfa edən : Flora Kərimova, Mirzə Babayev, Anatollu Qəniyev
- Filmin Direktorunun Müavini : Nadir Əliyev
- Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
- Fotoqraf-rəssam: Pərviz Quliyev
Rollarda
redaktə- Hüseynağa Sadıqov — Nadir
- Fazil Salayev — Mehdi
- Səfurə İbrahimova — Mədinə
- Həsən Məmmədov — Qurban
- İnarə Quliyeva — Aişə
- Hacıbaba Bağırov — Məmmədəli
- Firəngiz Abbasova — Güllü
- Əhməd Əhmədov — Haşım
- Cəmil Quliyev — Kərimov
- Rauf Gözəlov — Həsən
- Suğra Bağırzadə — telefonçu qız
- Tələt Rəhmanov — milis işçisi
- Nadir Əsgərov — Mürvət
- Zemfira Sadıqova — Haşımın arvadı
- Süsən Məcidova — Haşımın qayınanası
- H.Şabanov
- Arif Mədətov — Həsənin işçisi
- Əminə Nağıyeva — tibb bacısı
- Sergey Filippov — üç idarədə işləyən şəxs rolunda
- Əsgər Məmmədoğlu - Xəstəxanada növbədə gözləyən ata
- Ramiz Əzizbəyli - Satıcı
- Yusif Yulduz - Satıcı
- Ramiz Məmmədov (aktyor) - Satıcı
- Filmi səsləndirənlər:
- Səməndər Rzayev - Nadir (Hüseynağa Sadıqov (aktyor) ) (titrlərdə yoxdur)
- Yaşar Nuri - Mehdi (Fazil Salayev) (titrlərdə yoxdur)
- Əminə Yusifqızı - Mədinə (Səfurə İbrahimova) (titrlərdə yoxdur)
- Amaliya Pənahova - Aişə (İnarə Quliyeva) (titrlərdə yoxdur)
- Mirvari Novruzova - Güllü (Firəngiz Abbasova) (titrlərdə yoxdur)
- Ağaxan Salmanlı - Aşot (Əhməd Əhmədov (aktyor)) (titrlərdə yoxdur)
- Pərviz Abbasov - Kərimov (Cəmil Quliyev (rejissor)) (titrlərdə yoxdur)
- Ramiz Əzizbəyli - Həsən (Rauf Gözəlov) (titrlərdə yoxdur)
- Yusif Vəliyev - üç idarədə işləyən şəxs rolunda (Sergey Filippov)(titrlərdə yoxdur)
İstinadlar
redaktəMənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 190.