Almaniya Kralligi - Wikipedia
Almaniya Krallığı (lat. Regnum Teutonicorum) — müasir Almaniya (AFR) ərazisindəki orta əsr dövlətlərini (krallıqlarını) ifadə etmək üçün istifadə edilən tarixşünaslıq termini.
Tarixi dövlət | |||||
Almaniya Krallığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Regensburq | ||||
Dilləri | alman dili | ||||
Rəsmi dilləri | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Bu termin adətən Müqəddəs Roma İmperiyasının (Alman-Roma İmperiyası) tərkibindəki alman torpaqlarına şamil edilir.
843-cü ildə Verden müqaviləsi ilə Frank İmperiyasını imperator I Lüdovikin üç oğlu arasında bölüşdürdü. Ən böyük oğul, imperator I Lotara Orta krallıq, ortancıl oğul II Lüdovikə Şərqi Frank Krallığını, II Keçəl Karla isə Qərbi Frank Krallığını verildi.
Almaniya kralı II Lüdovikin nəsli X əsrin əvvəllərinə qədər Şərqi Frank krallığını idarə edirdi. Bu müddət ərzində onlar Lotaringiya hesabına öz dövlətlərinin ərazisini genişləndirdilər. 870-ci ildə Mersen müqaviləsi ilə II Lüdovik Lotaringiyanın şərq hissəsini, 880-ci ildə isə Ribemont müqaviləsi ilə Kiçik III Lüdovik Lotaringiyanın qərb hissəsini öz mülklərinə birləşdirdi.
Almaniya Krallığı beş böyük qəbilə hersoqluğundan — Saksoniya, Bavariya, Frankoniya, Şvabiya və Lotaringiyadan ibarət idi ki, bunlar qəbilə tərkibində nisbətən homogen yarımmüstəqil dövlət qurumları idi. Azyaşlı IV Lüdovikin hakimiyyəti dövründə tayfa hersoqlarının gücü xeyli artdı, kral hakimiyyətinin mexanizmləri isə zəiflədi. Vəziyyət krallığın cənub-şərq sərhədlərinin müdafiə sistemini tamamilə məhv edən davamlı macar basqınları ilə çətinləşdi. Xarici təhlükələri dəf etmək və dövlət hakimiyyətini saxlamaq təşəbbüsü bölgə hökmdarlarına keçdi: Bavariya, Saksoniya və Frankoniya hersoqları.