Almaz Memmedova - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Almaz Əli qızı Məmmədova — Azərbaycan filoloqu, filologiya üzrə elmlər doktoru, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru[2][3].
Almaz Məmmədova | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | ədəbiyyat |
Elmi dərəcəsi | filologiya üzrə elmlər doktoru |
Elmi adı | professor |
Mükafatları | [1] |
Həyatı
redaktə1948-ci ilin oktyabr ayının 3-də Bakı şəhərində anadan olub. 1955-1965-ci illərdə Bakı şəhərində 172 saylı tam orta məktəbdə təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib. 1965-1970-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib. 1971-ci ildən Bakı Dövlət Universitetində çalışır. 1979-cu ildə BDU-nun əyani aspiranturasına qəbul olub. 1981-ci ildə ”Mədinə Gülgünün həyat və yaradıcılığı“ mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə dosent elmi adını alıb. 1997-ci ildə “Cənubi Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri (1946-1990-cı illər)” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb. 1999-cu ildə professor elmi adını alıb.
Almaz Məmmədova 1971-1978-ci illərdə BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında laborant, 1978-1981-ci illərdə baş laborant, 1981-1985-ci illərdə müəllim, 1985-1990-cı illərdə baş müəllim, 1990-1999-cu illərdə dosent, 1999-2017-ci illərdə BDU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasında professor vəzifələrində çalışmışdır. O, 2017-ci ildən BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professorudur.
Siyasi fəaliyyəti
redaktə1995-ci il parlament seçkilərində Almaz Məmmədova Azərbaycan Xalq Cəbhəsi Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında 23-cü sırada olmuşdur.[4] Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərdə proporsional siyahı üzrə 346 192 (9.6%) səs toplayaraq siyahısından ilk 3 nəfərin deputat seçilməsinə nail olmuşdur.[5] Beləliklə, Almaz Məmmədova deputat seçilə bilməmişdir.
Əsərləri
redaktə- 1992, Cənubi Azərbaycan şeirinin inkişaf mərhələləri (1946-1990-cı ilər), (dərs vəsaiti), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 214 s.
- 1998, Güney Azərbaycan ədəbiyyatı: mərhələlər, təmayüllər, etüdlər. (Dərslik), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 327 s.
- 1998, Ayrılarmı könül candan… (Dərs vəsaiti), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 204 s. 2001, Azadlıq və istiqlal poeziyası (dərs vəsaiti). Bakı, «Bakı Universiteti» nəşriyyatı, 164 s.
- 2003, Cənubi Azərbaycan ədəbiyyatı müntəxəbatı, Bakı, «Bakı Universiteti» nəşriyyatı, 423 s.
- 2004, Böyük ömrün anları (monoqrafiya), Bakı, Azərnəşr, 75 s.
- 2007, Cənubi Azərbaycan ədəbiyyatı məsələləri, (monoqrafiya), Bakı, «Bakı Universiteti» nəşriyyatı, 265 s.
- 2007, Müasir Azərbaycan ədəbiyyatı (Dərslik), Güney Azərbaycan bölməsi (kollektiv). Bakı, «Bakı Universiteti» nəşriyyatı, s. 24-34; s. 199-281
- 2009, Ədəbiyyatımızın aktual problemləri (Monoqrafiya). Bakı: Nurlan, 314 s. 2010, Ədəbi qeydlər (Monoqrafiya). Bakı, Elm və təhsil, 277 s.
- 2011, Güney Azərbaycan zamanın məngənəsində (monoqrafiya) Bakı, Elm və təhsil, 116 s.
- 2013, Ankara 1955 (M.Ə.Rəsulzadə). Bakı: Elm və təhsil, 162 s.
- 2014, Əfsanədən həqiqətə (Monoqrafiya). Bakı, Elm və təhsil, 63 s.
- 2015, İstiqlal idealı və istiqlal poeziyası (1970-1990). (tərtibçi və redaktor). Bakı, Elm və təhsil, 271 s.
- 2017, Türklüyün döyünən ürəyi – Güney Azərbaycan. Bakı, Elm və Təhsil, 270 s.
- 2017, O yol bizim yolumuzdur. “Savalanda görüşənədək”. Bakı: Nurlar
- 2018, “Siyavush of Our Century By Mammad Amin Rasulzadeh”. Published by Rossendle Books 57 Bedford Square London WC1B 3DP England. 120 p.
İstinadlar
redaktə- ↑ ""Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı ilə təltif olunanlar" (PDF). 2019-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-29.
- ↑ "ALMAZ ƏLİ qızı MƏMMƏDOVA" (PDF). 2020-02-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-29.
- ↑ "BDU Filologiya fakültəsi". 2021-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-29.
- ↑ modern.az. ""Bir səsvermə, üç bülleten": Azərbaycanın 29 il əvvəlki tarixi seçimi - FOTO". modern.az (az.). 2024-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-05.
- ↑ Şahin Cəfərli. "Azərbaycanda parlament seçkiləri: daha bir itirilmiş şans". Bakı Araşdırma Mərkəzi. 2021-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-31.