Almeriya Qalasi - Wikipedia
Almeriya qalası (isp. Alcazaba de Almeria) - 955-ci ildə Əndəlusun ilk xəlifəsi III Abd ər-Rəhman tərəfindən Almeriya şəhərində müdafiə qalası kimi əsası qoyulmuşdur.[1]. Tikilinin ərazisi 35 000 m²-dir.[2]. 1931-ci ildən İspaniyanın milli abidəsidir.
Almeriya qalası | |
---|---|
Alcazaba y Murallas del Cerro de San Cristóba | |
36°50′28″ şm. e. 2°28′19″ q. u.HGYO | |
Ölkə | İspaniya |
Şəhər | Almeriya |
Yerləşir | Əndəlus |
Aidiyyatı | Ərəb Xilafəti |
Memar | Dieqo de Siloe |
Sifarişçi | III Abd ər-Rəhman |
Əsas tarixlər | 1524-1562 - qala ərazisində qotik kilsənin inşası |
Tikilmə tarixi | 1524 - 1562 |
Sahəsi | 35.000 m2 |
Vəziyyəti | muzey |
Rəsmi sayt | museosdeandalucia.es/web… |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İspaniyanın cənubunda yerləşən və tarixi liman şəhəri olan Almeriya ticarət cəhətdən vacib strateji obyekt hesab edilirdi. Müxtəlif vaxtlarda şəhəri romalılar, finikiyalılar, karfagenlilər idarə etmişdir. Lakin müsəlmanlar şəhərin qurulmasına çox böyük töhfə vermişdilər.[3].
955-ci ildə Alksaba de Almeriya qalasının tikintisinə başlanılmışdır. İlk əvvəl müşahidə qüllələri və qala divarları ucaldılmış, sonradan isə qala Xəlifəliyin iqamətgahına çevrilmişdi. Bu qala özünün daha çox çiçəklənməsini XI əsrdə yaşamış xəlifə Əl-Cayranın hakimiyyəti dövründə tapmış və bütün Əndəlüsün ticarət mərkəzi olmuşdur.
Qala bir neçə səviyyəyə malikdir.[4]. Aşağı hisə hərbi düşərgə (indi orada bağ salınmışdır), orta hissə xəlifə hökumətinin idi. Hissələr bir-birilə hərbi qüvvələrlə gücləndirilmiş müşahidə pilləkanları ilə birləşirdi.[5]. Qala seysmoloji cəhətdən aktiv zonada yerləşir və bir neçə dəfə zəlzələyə məruz qalmışdır. Bu da infrastrukturun obyektlərinin neqativ hala düşməsinə səbəb olmuşdur. İndi bizə həmin qaladan yaxşı vəziyyətdə ancaq xəlifənin quyuları qalmış, qalan abidələr xarabalığa çevrilmişdir.
1489-cu ildə buranı müsəlmanların əlindən alan katoliklər qalanın yuxarı səviyyəsini ucaltmış, burada hərbi ehtiyaclar üçün artilleriyalarını yerləşdirmişdilər.[4]. 1524-1562-ci illərdə qotik üslubda Kafedral sobor tikilmişdir. Məbədin əsasını tamamilə yenilənmiş islam məscidi təşkil etmişdir. Həmin soborun memarı Dieqo de Siloe olmuşdur.[2].
Müxtəlif vaxtlarda bu qalanın ərazisində “Barbar Konan (film, 1982)”, “İndiana Cons və son səlib yürüşü (film, 1989)”, “Heç vaxt “heç vaxt” demə” kimi məşhur filmlər çəkilmişdir.[6].
Qalereya
redaktə-
Divarların oxlu dişləri.
-
Müdafiə qülləsinin divarları
-
Alkasaba divarı
-
İç həyəti
-
Bağlar
İstinadlar
redaktə- ↑ "Крепость Алькасаба, Альмерия, Испания". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ 1 2 "Замки Европы Руководство путешественнику Замок Алькасаба де Альмерия (Alcazaba de Almeria)". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ "Замки Испании". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ 1 2 "Об Андалусии » Провинция Альмерия » Альмерия » Алькасаба Альмерии — Алькасаба Альмерии". 2014-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ "*La Alcazaba de Almería". 2013-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.
- ↑ "The Triangle of Almeria's Top Movie Filming Locations/ Cleopatra movie, King of Kings, Lawrence of Arabia and many more…". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-10.