Altinci Simfoniya Motsart - Wikipedia
Motsartin altınci simfoniyası Volfqanq Amadey Motsart tərəfindən 1767-ci ildə (müəlifin 11 yaşı var idi) yazılmışdır. Müəlifin avtoqrafı olan əlyazma hazırda Polşanın Krakov şəhərində yerləşən Yagellon universitetinin Kitabxanasında saxlanılır.[1].
Altıncı simfoniya | |
---|---|
Bəstəkar | |
Opus | K. 43 |
Tarixi və ilk ifası
redaktə11 yaşlı Motsart simfoniyanı Vyanada yazmağa başlamış, lakin 1767-ci ilin payızında şəhərdə çişək epidemiyası tüğyan etdiyinə görə onlar ailəliklə Moraviya şəhəri olan Olomoutsa köçməyə məcbur olmuşlar.[2] Ailə xəstəlikdən qaçsa da, balaca Motsart çiçək xəstəliyinə tutulmuşdur. Olomouts universitetinin rektoru qraf Podstatski onun müalicəsini təşkil etmiş və 2 ay sonra Motsart sağalmışdır. 30 dekabr 1767-ci ildə Brno şəhərində Zalsburq arxiyepiskopunun qardaşı qraf Şrattenbaxın təşkil etdiyi konsertdə ilk dəfə olaraq Motsartın altıncı simfoniyası səsləndirilmişdir. Bu konsertdə Motsartın bacısı, 15 yaşlı Mariya Motsart da ifaçı kimi iştirak edirdi.
Yerli din xadimi öz qeydlərində yazırdı ki, şəhərin "Taverna" adı ilə məlum olan binasında Brno sakinləri üçün təşkil olunmuş musiqili konsertdə Zalsburqdan olan 11 yaşlı oğlanın və onun 15 yaşlı bacısının müxtəlif musiqi alətlərindəki ifaları ilə iştirakçıları necə heyran etdiklərinin şahidi oldum.[3]
Bu hadisə münasibətilə hazırda da hər il Brno şəhərində 11 yaşlı gənc pianoçuların müsabiqəsi təşkil olunur.[4].
Quruluşu
redaktəSimfoniya 4 hissədən ibarətdir.
- Allegro, 4/4,
- Andante, 2/4,
- Menuetto və Trio 3/4,
- Allegro, 6/8.
Birinci hissə: Allegro
redaktəİkinci hissə: Andante
redaktəÜçüncü hissə: Minuetto və Trio
redaktə
Dördüncü hissə: Allegro
redaktəƏdəbiyyat
redaktə- Neal Zaslaw: Mozart’s Symphonies:Context, Performance Practice, Reception OUP, Oxford 1991 ISBN 0-19-816286-3
- Nicholas Kenyon: The Pegasus Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Mozart, Wolfgang Amadeus; Giglberger, Veronika (preface), Robinson, J. Branford (transl.) (2005). Die Sinfonien I.. Kassel: Bärenreiter-Verlag. pp. X. ISMN M-006-20466-3
- ↑ Zaslaw, pp. 109—112
- ↑ Quoted by Zaslaw, pp. 111—12 from O. E. Deutsch
- ↑ "AMADEUS - Mozartian Competition for the Young Piano Players up to 11 Yrs of Age|accessdate=2019-02-18". 2019-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-05.