Alva Murdal - Wikipedia
Alva Myurdal (31 yanvar 1902[1][2][…], Uppsala[d][2][1][…] – 1 fevral 1986[1][3][…], Danderyud[d], Stokholm leni[d][1][4]) — İsveçli diplomat, nazir və siyasətçi. 1982-ci ildə meksikalı Alfonso Qarsiya Robleslə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür.
Alva Mürdal | |
---|---|
isv. Alva Myrdal | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 yanvar 1902[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 1 fevral 1986[1][3][…] (84 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi, sosioloq, yazıçı |
Həyat yoldaşı |
|
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1949–1950-ci illərdə BMT-də Sosial Rifah Şöbəsinin rəhbəri olmuşdur.[5] 1951-ci ildə UNESCO Sosial Elmlər Şöbəsinin rəhbərliyinə təyin olundu. 1955-1961-ci illərdə Hindistan, Myanmar və Seylonda əvvəlcə konsul, daha sonra isə səfirlik etdi. 1961-ci ildə İsveç xarici işlər nazirinə silahsızlandırma məsələsində məsləhətçi oldu. Növbəti ildə İsveç Sosial-Demokrat Fəhlə Partiyasından parlamentə millət vəkili seçildi və Cenevrə Silahsızlandırma Konfransında İsveç heyətində rəhbərlik etdi. 1966-cı ildə silahsızlandırma və kilsə məsələlərindən məsul dövlət naziri oldu və 1973-cü ilə kimi bu vəzifəsində qaldı.
Silahsızlandırma mövzusunda bir sıra yazılar yazan Alva Myurdal 1982-ci ildə Nobel sülh mükafatına layiq görüldü. Bundan başqa həyat yoldaşı olan məşhur iqtisadçı Qunnar Myurdalla birlikdə 1970-ci ildə Qərbi Almaniya Sülh mükafatına layiq görülmüşdür. Bundan başqa Alva Myurdal 1980-ci ildə Eynşteyn Sülh mükafatı və 1981-ci ildə Nehru sülh mükafatına layiq görülmüşdür.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Biography of Alva Myrdal at Nobelprize.org
- Works by Alva Myrdal at Open Library Edit this at Wikidata