Alyaska Zelzelesi 2018 - Wikipedia
Alyaska Zelzelesi 2018 - Wikipedia - Haqqında Məlumat
Alyaska zəlzələsi (ing. Alaska earthquake) – 23 yanvar 2018-ci ildə ABŞ-nin Alyaska ştatında, Alyaska körfəzində, Kadyak adası yaxınlığında baş vermiş 7,9 bal gücündə zəlzələ.
Alyaska zəlzələsi | |
---|---|
Tarix | |
Maqnituda | 7.9 |
Hiposentrin dərinliyi | 25 km |
Episentrin yeri | 56°02′46″ şm. e. 149°04′23″ q. u.HGYO |
Əhatəsi | Alyaska, ABŞ |
Xəritədə yeri | |
|
Yeraltı təkanların episentri Alyaska körfəzində, Kadyak adasından 280 kilometr cənub-şərqdə qeydə alınıb.[1]
ABŞ-də zəlzələdən sonra sunami təhlükəsi yaranıb. Sunami riski ilə bağlı Kanadanın Britaniya Kolumbiyası vilayətinin sahilyanı rayonları və Vaşinqton ştatının sərhədindən Attu adasına kimi olan ərazilərdə xəbərdarlıq elan olunub. Hökumət sakinləri həmin əraziləri tərk etməyə çağırıb.[1]
Geoloji xidmət zəlzələni sarı dərəcə ilə təsnif edib.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Alyaskada güclü zəlzələ: Sunami təhlükəsi var". Oxu.az (az.). İstifadə tarixi: 24 yanvar 2018.[ölü keçid]