Amazonas - Wikipedia
Amazonas (port. Amazonas) — Braziliyanın şimal-qərbində yerləşən ştat. Şimaldan Rorayma ştatı və Venesuela ilə sərhədlənir. Şərqdən Para, cənubdan Akri və Rondoniya ştatları, qərbdən Peru, Kolumbiya ilə sərhədə malikdir. Ştatın inzibati mərkəzi Manaus şəhridir.
Amazonas | |
---|---|
Estado do Amazonas | |
|
|
Ölkə | |
İnzibati mərkəz | Manaus[2] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1889 |
Sahəsi |
|
Hündürlük | 70 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | BR-AM |
Telefon kodu | 92, 97 |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Ştatın adı Amazon çayının adından götürülmüşdür.
Amazonas Braziliyanın sahəsinə görə ən böyük ştatıdır. Braziliyanın 18 % ərazisini əhatə edir. Ərazisinin böyük qismi daima yaşıl Amazon meşələri ilə örtülüdür[5].
Coğrafiya
redaktəŞtat ərazisini Ekvator xətti kəsir. Bunla belə ərazisinin böyük qismi Cənub yarımkürəsində yerləşir. Regiondan əsas iri çaylar və Amazon nəqliyyat şəbəkəsini tşkil edir. Amazonasın iri və əhəmiyyətli şəhərləri çay kənarlarında yerləşir[5].
Amazonas öz növbəsində təpəli düzənlikdən ibarətdir. Böyük qismi bstaqlıqlaşmışdır. Şimalı isə Serra-İmeri və Qviana öndağlığı isə alcaq dağlardan ibarətdir. Ərazisinin 70 % sıx meşəliklərdən cəmi 30 % isə meşə-çol ərazilərindən ibarətdir. İqlimi kontinentaldır. Qış dekabrdan marta, yay isə apreldən noyabra qədər uzanır. İl ərzində 500-2000 arası yağış yağır.
İnzibati bölgü
redaktəAmazonas Braziliyanın digır ştatları kimi eyni hüquqa malikdir. Ştat ərazisi 4 mezoregiona vı 23 mikroregiona bölünür.
İqtisadiyyat
redaktəSənaye
redaktəŞtatın paytaxtı azad iqtisadi zonadır. Burada ştat ərazizində istehsal edilən məlsulların 98 % hazırlanır. Burada mobil telefon, kompyuterlər, audio və video məhsullar, ofis avadanlıqları və motoskl istehsal edilir[6].
Burada neftayırma zavodları, regionun elektrik enerjisini təmin etmək məqsədilə Elektrik Stansiyaları fəaliyyət göstərir.
Faydalı qazıntılar
redaktəŞtatda qurguşun, alminyum, tantal, dəmir, sink, xrom, marqans, və qızıl hasil edilir[7][8]. Kuari və Amazonas rayonları ərazisində iri qaz yataqları vardır, üstəlik neft hasil edilir. Burada tikinti materillarından qum, gil, qranit və digərlərinin hasilatı həyata keçirilir. Amazonun adalarında isə böyük həcmli torf ehtiyatları aşkarlanmışdır.
Kənd təsərrüfatı
redaktəŞtatda heyvandarlıq inkişaf etdirilmişdir: iribuynuzlu heyvandarlıq, donuzçuluq, qoyunçuluq, atçılıq, quşçuluq. Burada qarğıdalı, çəltik, soya, ananas, qarpız, nar, kartof, banan, şəkər qamışı, portağal, kofe, kakos qozu yetişdirilir.
Meşə təsərrüfatı və balıqçılıq
redaktəŞtatda ağac tədarük edilir
Qida əhəmiyyətli balıçılıqdan savayı ekzotik tropik balıqlar ovlanılaraq satışa çıxarılır.
İdman
redaktəŞtatın paytaxtı Braziliyada keçirilən 2014 Futbol üzrə Dünya cempionatı çərçivəsində keçirilən futbol oyununun bir necəsinə ev sahibliyi etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ https://cidades.ibge.gov.br/brasil/am/panorama.
- ↑ https://www.ibge.gov.br/en/cities-and-states/am.html.
- ↑ https://censo2022.ibge.gov.br/panorama/.
- ↑ 1 2 "Амазонас". 2010-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-22.
- ↑ Amazonas. İşgüzar əlaqələr Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine.
- ↑ Veríssimo, José. Pará E Amazonas: Questão De Limites (reproduction). Nabu Press. 2010-02-22. səh. 98. ISBN 978-1-144-88368-1.
- ↑ Temple, C.L. The State of Amazonas. London. 1900.