Amil Selimov - Wikipedia
Amil Səlimov (latış. Amils Saļimovs; 14 oktyabr 1985, Marupe vilayəti[d]) — Latviya Seyminin azərbaycanlı millət vəkili. Latviya azərbaycanlılarıdan[1] olan dövlət və siyasi xadim. 2024-cü ilin fevral ayında Latviya Seymində təmsil olunan millət vəkili Qloriya Qrevtsovanın mandantına xitam verildiyi üçün Səlimov partiya siyahısından seçilərək onu əvəzləyib. Amil Səlimov uzun müddət Latviya azərbaycanlıları arasında diaspora fəalı kimi fəaliyyət göstərib, Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə sabiq koordinatoru kimi çalışıb.[2]
Amil Səlimov | |
---|---|
latış. Amils Saļimovs | |
Latviya Seyminin XIV çağırış deputatı | |
Vəzifədədir | |
22 fevral, 2024-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 oktyabr 1985 (39 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, iş adamı |
Həyatı
redaktəHər iki valideyni azərbaycanlı olan Amil Səlimov 1985-ci ilin 14 oktyabr tarixində Latviya Sovet Sosialist Respublikasının paytaxtı Riqa şəhərində anadan olub. Amilin validenyləri Azərbaycan Sovet Sosialist Respublikasında andan olublar və 80-ci illərdə işləri ilə əlaqədar olaraq Latviya Sovet Sosialist Respublikasına köçərək burada yaşamağa və işləməyə başlayıblar.
Orta təhsilini Riqada tamamladıqdan sonra ali təhsil almaq üçün Riqa şəhərində yerləşən Nəqliyyat və Rabitə İnstitutuna (latış. Transporta un sakaru institūts) daxil olan Səlimov 2007-ci ildə həmin institutun biznesin idarəedilməsi ixtisasını bitirib. Latviya Seyminə seçilməmişdən əvvəl o, bir sıra şirkətlərin idarə heyətinin üzvü, həmçinin "AZƏRİ" Gənclər Mərkəzi assosiasiyasının idarə heyətinin sədri vəzifələrində çalışıb.[3]
2022-ci ilin payızında keçirilən Latviya Seyminin sayca 14-cü seçkiləri zamanı Sabitlik Üçün! partiyasından deputatlığa namizəd olmasına baxmayaraq seçilməmişdir. 2023-cü ildə başladılmış araşdırmalar zamanı Latviya Seyminin 14-cü çağırış deputatı olan Qloriya Qrevtsovanın namizədlik müddətində Latviya Mərkəzi Seçki Komissiyasına yalan məlumat verdiyi müəyyənləşdirilib və buna görə cinayət işi başladılmışdır.[4] Təhsil və iş karyerası ilə bağlı mərkəzi seçki komissiyasına yalan məlumatlar verdiyi üçün Qloriya Qrevtsovanın mandatı ləğv edilmiş və Latviya Seymindən uzaqlaşdırılmışdır.[5]
2024-cü ilin mart ayında birinci instansiya məhkəməsi sabiq deputatın 160 saat ictimai işlərlə cəzalandırılması barədə qərar qəbul edib.[6]
Qloriya Qrevtsovanın Mərkəzi Seçki Komissiyasına yalan məlumat verməsi ilə bağlı məhkəmə hökmü qüvvəyə mindikdən sonra, Sabitliq üçün! partiyasından olan siyasi xadim Amil Səlimov sabiq millət vəkilini Latviya Seymində əvəzləyib və beləliklə Latviya Seyminin XIV çağırış deputatları sırasına qoşulub.[7] Amil Səlimov Latviya Seymində təmsil olunan ilk azərbaycanlı millət vəkili deyil. Belə ki, əslən Siyəzən rayonundan olan Roman Naudinş Latviya Seyminin XIII çağırış deputatı kimi fəaliyyət göstərib.
İstinadlar
redaktə- ↑ "Latvijā dzīvojošie armēņi un azerbaidžāņi pretējās domās par konfliktu Kalnu Karabahā". www.lsm.lv (latış). 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.
- ↑ "Həmyerlimiz Amil Səlimov Latviya Seymində deputat kimi fəaliyyətə başlayıb" (az.). report.az. 2024-02-24. 7 aprel 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
- ↑ "14. SAEIMAS VĒLĒŠANAS". sv2022.cvk.lv. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.
- ↑ "Policija vētīs partijas "Stabilitātei!" deputātes Grevcovas iespējamos melus par darbavietu; atklājas arī meli par izglītību". www.lsm.lv (latış). 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
- ↑ "Saeima piekrīt kriminālvajāšanas turpināšanai pret deputāti Grevcovu". www.lsm.lv (latış). 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
- ↑ "Deputātei Grevcovai par melošanu CVK piespriež 160 stundas sabiedriskā darba". www.lsm.lv (latış). 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-19.
- ↑ "Grevcovas vietu Saeimā ieņems uzņēmējs Amils Saļimovs". Latvijā (latış). 2024-02-15. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-29.