Amos Oz - Wikipedia
Amos Oz yaxud Amos Klausner (4 may 1939[1][2][…], Qüds, Britaniya Fələstini[5] – 28 dekabr 2018[3][4][…], Petah-Tikva, Mərkəz dairəsi) — İsrailli yazar, jurnalist və sülhsevər fəaldır.
Amos Oz | |
---|---|
ivr. עמוס עוז | |
| |
Doğum adı | Amos Klausner |
Doğum tarixi | 4 may 1939[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 28 dekabr 2018[3][4][…] (79 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Milliyyəti | Yəhudi |
Təhsili | Yerusəlim Yəhudi Universiteti və Rehavia Gimnaziyası |
İxtisası | yazıçı, dilçi, jurnalist, roman yazıçısı, tərcüməçi, essayist, pedaqoq, universitet müəllimi |
Fəaliyyəti | dilçi, jurnalist, romançı, tərcüməçi, esseist, pedaqoq, universitet müəllimi[d], uşaq ədəbiyyatı yazıçısı, şair, yazıçı, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1960-cı ildən |
Əsərlərinin dili | ivritcə |
Üzvlüyü | |
Mükafatları |
|
amos-oz.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Müasir İsrail ədəbiyatının önəmli yazarıdır. Həyatı boyunca İsrailin əsas yazarlarından biri olarak qəbul edilirdi.[6] Tələbəlik illərindən İsrail-Fələstin problemində sülhsevər və pozitiv mövqeyi ilə tanınır. İsraildəki sülh təşkilatı olan İndi Barış (Peace Now) hərəkatınin qurucularındandır.[7]
2005-ci ildən bu yana Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilməkdədir. 2008-ci ildə "Keçmişin Yaradıcı Tərcüməsi"nə görə Dan David mükafatına layiq görülmüşdür. Sionist solçu olduğunu bəyan edən Amos Oz, İsraildəki sionist olmayan sol hərəkata qarşı tənqidləri ilə də tanınır. 2008-ci ilin dekabrında, Qəzzə müharibəsindən bir neçə gün əvvəl Yediot Aharonot qəzetində nümayiş olunan və Həmasa qarşı İsrail hökümətini hərbi hərakata çağıran bir bəyanatı imzalayanlardan olsa da, iki həftədən sonra yenə Yediot Aharonotda Həmas ilə atəşkəsi dəstəkləyən yazı qələmə almışdır.
Həyatı
redaktə1939-cu ildə Qüdsdə doğulub. İbrani Üniversitetində fəlsəfə və ədəbiyyat təhsili alıb. İlk hekayələri 20 yaşında olarkən nümayiş olunurdu. 1966-cı ildə yayımlanan "Başqa Yerdə, Bəlkə" adlı romanıyla məşhur oldu.
1967-ci ildə Altıgünlük müharibə dövründə Sinay yarımadasında misirlilərə qarşı, 1973-cü ildə Yom Kippur müharibəsində isə Qolan təpələrində isə suriyalılara qarşı ehtiyat zabit olaraq döyüşmüşdü. 1977-ci ildən etibarən münaqişələrin sülhlə həllinə inanmış və "Barış İndi Hərakatı"na qoşulmuşdur. İsrail dövlətinin işğalçılıq siyasətindən imtina edərən hərəkat, fələstinlilərlə müzakirənin lazım olduğunu düşünür və Fələstin dövlətinə isti baxır. Amos Oz, bu hərəkatın qurucularından sayılır.
1980-ci illərdə ölkəsinin ən sevilən yazarlarından olan Amos Oz,[8] 1986-cı ildə oğlunun asma xəstəliyi səbəbindən Kibutzdan Arad şəhərinə köçdü. Yazar 1997-ci ildə Fransa Prezidenti Jak Şirak tərəfindən "Fəxri Legion ordeni" ilə mükafatlandırıldı. 1998-ci ildə isə ölkəsinin ən prestijli ədəbiyyat mükafatı olan "İsrail Ədəbiyyat mükafatı"na layiq görüldü. 2002-ci ildə Norveç Yazarlar Birliyinin "İfadə Azadlığı" mükafatı ilə mükafatlandırıldı.
Yazarın 1965–2011-ci illərdə 35 kitabı, fərqli mövzularda 480 məqaləsi yayımlandı; kitabları 42 dilə tərcümə edildi.[9]
Amos Oz 28 dekabr 2018-ci ildə Təl-Əvivdə xərçəng xəstəliyindən vəfat etdi.[10][11][12]
İstinadlar
redaktə- ↑ 1 2 Amos Oz // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Amos Oz // filmportal.de. 2005.
- ↑ 1 2 Amos Oz // The Fine Art Archive.
- ↑ 1 2 Amos Oz // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118855379 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ [1] Arxivləşdirilib 2018-07-03 at the Wayback Machine By Robert Tait, Jerusalem, Daily Telegraph
- ↑ Friedenspreis des Deutschen Buchhandels 1992 / Amoz Oz (in German). German Book Trade. 1992.
- ↑ salom.com.tr. "Kara Kutu: Amos Oz" (türk). Asuman Kafaoğlu-Büke. 28 yanvar2009. 2019-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
- ↑ www.amos-oz.net. "Biography" (türk). 28 dekabr 2018. 2018-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-25.
- ↑ "Famed Israeli author Amos Oz passes away at 79". jpost.com. December 28, 2018. June 15, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2018.
- ↑ "Amos Oz, 'Israel's greatest writer,' advocate for peace, dies at 79". timesofisrael.com. December 28, 2018. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2018.
- ↑ Kershner, Isabel. "Amos Oz, Israeli Author and Peace Advocate, Dies at 79". The New York Times. December 28, 2018. December 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 29, 2018.