Amphipoda - Wikipedia
Yanüzənlər (lat. Amphipoda) — ali xərçənglər sinfindən onurğasız heyvan dəstəsi.
Yanüzənlər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinifüstü: Sinif: Yarımsinif: Dəstəüstü: Dəstə: Yanüzənlər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Bədəninin uzunluğu 0,5—25 sm-dir. Yan, bəzən isə bel-qarın istiqamətində sıxılmışdır. Yanı üstə üzür. Dəstənin adı bu xüsusiyyətinə görə seçilmişdir. Ayrıcinsiyyətlidir. 7000 növü məlumdur. Azərbaycanda 76, o çümlədən Xəzərin Azərbaycan sahilində 66 növü yayılmışdır. Balıqların, Suitilərin, quşların və s.-nin bir çoxu yanüzənlərlə qidalanır. Bəzi növləri limanların ağac dirəklərini, digəri isə balıq torlarını dağıtdığına görə zərərlidir.
Xəzər dənizində yaşayan 69 növü yerli faunadır, 4 növü (Pseudolibrotus caspius, P. Platyceras, Pontoporea affinis microphtalma, Gammaracanthus loricatus caspius) Arktika faunası qrupuna daxildir. Yanüzənlər balıqların (külmə, çapaq, çəki, xul) qidasında mühüm rol oynayırlar.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Angyal D., Simões N., Mascaró M. Uptaded checklist, historical overview and illustrated guide to the stygobiont Malacostraca (Arthropoda: Crustacea) species of Yucatan (Mexico) (ing.). // Subterranean biology Pensoft Publishers, 2020. Vol. 36. P. 96. ISSN 1768-1448; 1314-2615 doi:10.3897/SUBTBIOL.36.53558