Amur Mexmeragaci - Wikipedia
Amur məxmərağacı (lat. Phellodendron amurense) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin məxmərağacı cinsinə aid bitki növü.
Amur məxmərağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Amur məxmərağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Arealı
redaktəÇində və Koreyada yayılmışdır.
Botaniki xarakteristikası
redaktəHündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıx çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məxməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5–13 xırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25–35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaxud armud formalı, lətli, parlaq-qaradır, beş toxumludur. Sentyabr-oktyabr aylarında yetişir. 300 ilə qədər yaşayır. Tez böyüyən bitkidir.
Ekologiyası
redaktəSoyuğa və kölgəyə davamlıdır.
Azərbaycanda yayılması
redaktəGəncədə, Hacıkənd meşəliyində və Bakı Nəbatət bağında becərilir.
İstifadəsi
redaktəQabığında və meyvəsinin lətli hissəsində berberadin alkoloidi vardır. Amur məxmərağacının gövdəsinin mantar qatından sənayedə istifadə edilir. Möhkəm oduncağından mebel düzəldilir.
Sinonimləri
redaktəHeterotipik sinonimləri
redaktə- Phellodendron amurense f. insulare (Nakai) H.S.Kim
- Phellodendron amurense var. lavalleei (Dode) Sprague
- Phellodendron amurense var. molle (Nakai) S.H.Li & S.Z.Liou
- Phellodendron amurense f. molle (Nakai) Y.C.Zhu
- Phellodendron amurense var. sachalinense F.Schmidt
- Phellodendron amurense var. suberosum (H.Hara) H.Hara
- Phellodendron amurense f. suberosum (H.Hara) H.Hara
- Phellodendron insulare Nakai
- Phellodendron japonicum Maxim.
- Phellodendron kodamanum Makino
- Phellodendron lavalleei Dode
- Phellodendron molle Nakai
- Phellodendron nikkomontanum Makino
- Phellodendron piriforme E.L.Wolf
- Phellodendron sachalinense (F.Schmidt) Sarg.
- Phellodendron sachalinense f. longipes Y.C.Wu
- Phellodendron sachalinense var. suberosum H.Hara
- Zanthoxylum kibada Siebold
İstinadlar
redaktəMənbə
redaktə- Azərbaycan dendroflorası. V cild. Bakı: Elm, 2019, 370 səh.