An 2 Teyyaresinin Vurulmasi 1991 - Wikipedia
An 2 Teyyaresinin Vurulmasi 1991 - Wikipedia - Haqqında Məlumat
An-2 təyyarəsinin vurulması — 1991-ci il oktyabrın 29-da erməni silahlıları tərəfindən An-2 təyyarəsinin vurulması hadisəsi.
An-2 təyyarəsinin vurulması | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | |
Yer | Xocalı rayonu |
Sərnişin sayı | 6 |
Komanda | 1 |
Yaralı sayı | 0 |
Ölü sayı | 7 |
Təyyarə | |
Təyyarə modeli | An-2 |
Qalxma yeri | Yevlax, Azərbaycan |
İstiqamət | Xocalı–Yevlax |
Haqqında
redaktə29 oktyabr 1991-ci il An-2 təyyarəsinin komandiri Əsəd Əsədov 7 nəfər uçuş və texniki heyətlə Yevlax aeroportundan səmaya qalxmış, Xocalı aeroportunda enmişdir. Əməkdaşlar ilə geriyə uçarkən təyyarə Xocalı rayonunun Xanabad kəndi ərazisində düşmən tərəfindən Alazan raketi ilə vurulmuşdur.
Hadisə zamanı heyət üzvlərinin hamısı həlak olmuşdur. Həlak olanlardan 2-si təyyarəçi, 5 nəfər isə Xocalı aeroportunda çalışan heyət olub. Təyyarəçilərə ölümündən sonra, 25 noyabr 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.[1]
Həlak olanların siyahısı
redaktə- Əsədov Əsəd Soltan oğlu — təyyarənin komandiri, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)[2]
- Muradov Hikmət Oqtay oğlu — II pilot, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra)[2]
- Əhmədağa Baxşıyev — rabitə xidməti üzrə mühəndis
- Yunis Misirov — işıq sistemləri üzrə mühəndis
- Hamlet Rəcəbov — Xocalı aeroportunun komendantı
- Ceyhun — daşınma xidmətinin əməkdaşı
- Sadıqov Azad Əli oğlu — hava hərəkətinin idarəedilməsi üzrə dispetçer
İstinadlar
redaktə- ↑ "Azərbaycan Hava yolları" Dövlət Konserni əməkdaşlarına "Azərbaycanın Milli Qəhrəmanı" adı verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli, 337 nömrəli Fərmanı Arxivləşdirilib 2021-12-16 at the Wayback Machine (az.)
- ↑ 1 2 Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010.
Ədəbiyyat
redaktə- Ramiz Xasıoğlu, "Şəhidlər", Bakı, "Səda", 1993.
- "Gözlərimiz göydə qalıb", "Azərbaycan gəncləri" qəzeti, 1991, noyabr.
- Fəridə Ləman, "Təyyarələr də şəhid olur", 1991, dekabr.