Anabasis Salsa - Wikipedia
Şoranı öldürgən (lat. Anabasis salsa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd+ 3cd. Azərbaycanın nadir növüdür.
Şoranı öldürgən | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Şoranı öldürgən |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
redaktəGövdəsiz, aşağıdan ağacvari, 5-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları ətlidir, alt və orta yarpaqları inkişaflıdır, 2-5 mm uzunluqdadır, yarımsilindrik, yuxarı hissədə azca genişlənmiş, kütvari, çox qısa, tez qopan, iynəli, qövsvari arxaya əyilmişdir; təpə hissədə yarpaqlar zəif inkişaf edir. Çiçəkləri tək-təkdir, yandan geniş yumurtavari, otvari, kütdür. Çiçək yarpaqcıqları qanadvari, kütdür, onlardan 3-ü dairəvi, 2 –si uzunsov-ovaldır. Meyvə şirəli, qırmızı, giləmeyvəşəkillidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvə əmələgətirmə dövrü may-sentyabr aylarına təsadüf edir. Kserofit-halofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Şorangəli –yovşanlıq qruplaşmalarının tərkibində rast gəlinir.
Yayılması
redaktəAbşeron, Qobustan (şərq hissəsi).
Sayı və tendensiyası
redaktəPopulyasiyanın məhdud sahələrdə yayılması və mənfi təsirlərə məruz qalması azalma tendensiyasını sürətləndirir.
Məhdudlaşdırıcı amillər
redaktəOtarılma, tapdalanma və infrastrukturun inkişafı səbəb ola bilər.
Mühafizə tədbirləri
redaktəMühafizə üçün xüsusi tədbirlər aparılmır. Yayıldığı ərazilərdə antropogen və texnogen təsirləri aradan qaldırmaq üçün xüsusi qorunma tədbirlərinin tətbiq olunması, populyasiya səviyyəsində genetik tədqiqi, gen banklarında saxlanılması, təbiətdə bərpasının təmin edilməsi, yeni biotoplarının müəyyənləşdirilməsi təklif olunur.