Anak Krakatau Adasi - Wikipedia
Anak-Krakatau[1][2] (ind. Anak-Krakatau) — İndoneziyaya məxsus olan ada. Ada Sakit okean suları ilə yuyulur. Zond boğazında qərarlaşır.
Anak-Krakatau | |
---|---|
ind. Anak-Krakatau | |
Ümumi məlumatlar | |
Hündür nöqtəsi | 813 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
6°06′07″ şm. e. 105°25′23″ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Goğrafiyası
redaktəAdada dünyanın ən məşhur vulkanlarından biri olan Krakatau vulkanı yerləşir. Hələ 1883-cü ildə sahəsi 10,5 km² olan ada zəlzələdən sonra darmadağın olmuşdur. Onun yerində Anak-Krakatau, Sertunq, Rakata, Rakata-Keçil və Botsmansports qayası meydana gəlir.
Vulkan Krakatau adanın mərkəzində yerləşir daim axan lava sayəsində adanın sahəsi günbəgün artır.
Araşdırmacı Berbeek öz məruzəsində partlayış nəticədində yoxa çıxmış vulkanın yerinə yeni vulkanın peyda olacağını bildirmişdir. Bu ehtimal 29 dekabr 1927-ci ildə öz təstiqini tapmışdır. Burada du altı püskürmə baş verir. Buna bənzər püskürmə hələ bir necə sy öncə iyunda baş vermişdi. Yeni vulkan püskürmədən bir neçə gün sonra su səviyyəsindən 9 mertr hündürlüyə qalxa bilir. Vulkan Anak-Krakatau adını alır. Ada Krakatu vulkanının nə zamansa yaratdığı və donradsn mıhv elədiyi yerdə üç adanın ortasında meydana gəlmişdir. Ada lavadan və vulkan külündən təşkil olunduğundan qısa zaman kəsiyində dəniz tərəfindən yuyulur. Bu iki təbiət obyekti arasında gedən mübarizənin sonunda vulkan növbəti püskürməsi ilə adanı su səthinə çıxara bilir. Bu hadisə 1930-cu ilin avqustunda baş verir. Püskürmə sayədində dənizin əvvəllər yuyub apardığı sahədən belə böyük ərazidə ada ysyılır. Adanın yenidən doğulması biyük həcmli araşdırmalara səbəb olur. İlk konus 67 metr hündürlüyə 1933-cü ildə çatmışdır. 1950-ci ildə hündürlük 138 metr qədər yüksəlir. İkinci konus dənizin dibindən tədricən qalxmağa başlamışdır. İkinci konus Krater daxilində olan göldən qalxır. Konus 1930-cu ildə 30 metr, 1968-ci ildə 160 metr, 1977-ci ildə hündürlük 181 metrə çatır.
Bu günkü vəziyyət
redaktəAnak-Krakatau vulkanın yaranmasından bu günə qədər vulkan beş dəfə püskürmüşdür. Anak-Krakatau 1950-ci ildə ortalama olaraq bir həftəyə 13 santmetr hündürləşir. Bu isə ildə 6,8 metr hündürlük deməkdir. Vulkan hazırda belə aktivdir. 1994-cü ildən daimi olaraq kiçik püskürmələr müşahidə edilir. Sonuncu püskürmə 2008-ci ilin aprelindən başlayaraq 2009-cu ilin sentyabrına qədər davam etmişdir. Vulkan isti qazlar, daşlar və lava püskürmüşdür.
Hazırda vulkanın hündürlüyü 813 metr olmaqla üç-dörd km diametrə sahibdir. Anak-Krakatau vulkanı vulkanoqlara geniş imkanlar açır. Hazırda İndneziya hökuməti Anak-Krakatau vulkanı ərazisindən 3 km məsafədə əhalinin məskunlaşmasını qadağan etmişdir[3].
Əhali
redaktəAdada hal-hazırda yaşayış yoxdur (2012).
İstinadlar
redaktə- ↑ "Krakatauda baş verən fəlakət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
- ↑ "Vulkanın şəkili. 2010 il". 2010-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.
- ↑ "Indonesia's Krakatau roars, dazzles with fireworks". 2009-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-12.