Anar Kerimov Nazir Muavini - Wikipedia
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini[1]
Anar Kərimov | |
---|---|
Vəzifədədir | |
19 fevral 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Həyatı
redaktəAnar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var.
Fəaliyyəti
redaktəHəmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.[2]