Anaxuan - Wikipedia
Yuyçzülyü Anaxuan (472 – 552, Jujan xaqanlığı) - Jujan dilindəki adı ilə Dayanan xan 520-ci ildə qardaşından sonra taxta çıxmış jujan xaqanı.
Yuyçzülyü Anaxuan | |
---|---|
郁久闾阿那瓌 | |
520 – 552 | |
Əvvəlki | Birinci hakimiyyət: Yuyçzülyü Çunu İkinci hakimiyyət: Yuyçzülyü Polomen |
Sonrakı | Birinci hakimiyyət: Yuyçzülyü Polomen İkinci hakimiyyət: Yuyçzülyü Tiefa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 472 |
Vəfat tarixi | |
Vəfat yeri | Çanqciaku |
Vəfat səbəbi | İntihar |
Atası | Yuyçzülyü Futu |
Uşağı | Yuyçzülyü Anloçen |
İlk illəri
redaktəHakimiyyətə gələndən sonra qardaşı Yuyçzülyü Yujufanın üsyanı ilə rastlaşdı. Qardaşını devirmək üçün Şimal Vey sülaləsi ilə müttəfiq olan Anaxuan tezliklə imperatorun vassalına çevrildi. 3 il Şimal Vey dövlətində qaldığı dövrdə əmisi xaqanlıq edirdi. Əmisinin ölümündən sonra yenidən xaqanlıq etməyə başladı. 535-ci ildə qızını imperator Yuan Baocu ilə evləndirərək gücünü daha çox artırdı. 538-ci ildə isə o artıq Çin imperatoruna ard-arda zərbələr endirə biləcək gücə gəlmişdi. Bir çox şəhərləri yandıraraq artıq vassal olmadığını göstərirdi. 541-ci ildə isə Qərbi Vey imperiyasını tamamilə dağıdaraq, torpaqlarını müttəfiqi Şərqi Vey ilə bölüşdürdü. Onun dövründə Jujan xaqanlığı artıq Şərqi Asiyanın ən güclü dövləti olmuşdu.
Anaxuanın ölümü
redaktəAnaxuanın ordusunda tümən komandiri olan Aşina qəbiləsinin başçısı Aşina Tuvunun oğlu Bumın Qaoçe Ulu Bəyliyinin son bəyi olan Kubini də məğlub edəndən sonra xidmətinə qarşılıq olaraq Anaxuanın qızı ilə evlənmək istədi. Anaxuan isə Sən mənim filiz əridənimsən, belə bir təklifi nə cürətlə mənə verirsən? [1] deyərək ona qarşı yürüşə çıxdı. 552-ci ildə baş verən müharibədə Anaxuan öldürüldü. Göytürk İmperiyası öz müstəqilliyini elan etdi. Anaxuan əmisi nəvəsi Yuyçzülyü Tiefa tərəfindən əvəz olundu.
İstinadlar
redaktə- ↑ Gao Yang, "The Origin of the Turks and the Turkish Khanate", X. Türk Tarih Kongresi: Ankara 22 - 26 Eylül 1986, Kongreye Sunulan Bildiriler, V. Cilt, Türk Tarih Kurumu, 1991, s. 731.