Andaman Ve Nikobar Adalari - Wikipedia
Andaman və Nikobar adaları (hind. अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011).
Andaman və Nikobar adaları | |
---|---|
अंडमान और निकोबार द्वीप அந்தமான் | |
11°40′48″ şm. e. 92°43′12″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 noyabr 1956 |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IN-AN |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiya
redaktəSahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adaları və Nikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır. Bunlkardan 26-sı Andaman adaları qrupuna daxildir..
Tarix
redaktəBenqal körfəzi adalarında bir neçə minilliklər boyu məskunlaşmalar mövcud olmuşdur.
İlk ingilis koloniyası burada XVIII əsrin sonlarında təşkil olundu. O 1789-dan 1796-cı ilə qədər mövcuddur. 1858-ci ildə ərazi kolonizasiyalaşdırıldı. İngilis hakimiyyəti dövründə adalar hind üsyançıları üçün sürgün və həbs yerləri olaraq istifadə edildi.
İkinci Dünya Müharibəsi zamanı adalar müvəqqəti olaraq Yaponiya tərəfindən işğal edildi. Müharibədən sonra Hindistanın nəzarəti altına keçdi və 1950-ci ildə birlik ərazisi statusunu aldı.
Siyasət
redaktəAndaman əraziləri Hindistanın digər ştatlarının işlərinə qarışmır.
Demoqrafiya
redaktəAndaman və Nikobar adaları etnik və genetik tərkibi baxımından unikaldır. Əvvəllər Andaman adalarının yerliləri tanınmış dil ailələrinə aid olmayan Andaman dillərində danışırdılar (demək olar ki, hamısı indiki zamanda yoxa çıxıb). Nikobar adalarının aborigenləri Avstroasiya dil ailəsinin, eləcə də təcrid olunmuş şompens dillərində danışırdılar.
İnzibati bölgü
redaktəAndaman və Nikobar adaları 3 dairəyə bölünür:
№ | Dairə | inzibati mərkəz | Ərazi, km²[1] |
Əhali, nəf. (2011)[2] |
Sıxlıq, nəf./km² |
---|---|---|---|---|---|
1 | Nikobar | Kar-Nikobar | 1841 | 36 819 | 20,01 |
2 | Şimali və Orta Andaman | Mayabunder | 3251 | 105 539 | 32,45 |
3 | Cənubi Andaman | Port-Bler | 2980 | 237 586 | 79,73 |
Ümumi | 8 072 | 379 944 | 47,07 |
Görməli yerləri
redaktə- Port-Bler
Antropoloji Muzey
Meşə Muzeyi
Dəniz Muzeyi
Cellular Jail həbsxanasının tarixi Bina (Milli Memorial)
- Heyvlok adası
Qarlı ağ çimərliklər (onlardan ən populyarları Vicayanaqar və Radxanaqardır)
Mərcan qayaları
- Digər çimərliklər
Karmatanq (Port-Blerdən 136 km məsafədə, Orta Andamannın şimalında yerləşir)
- Diqlipur adası (Port-Bledən 136 km aralıda yerləşir)
Ramnaqar çimərliyi
Kaplonq çayı (arxipelaqda yerləşən yeganə çay).
Din
redaktəHindistanın 2011-ci il siyahıyaalınmasına əsasən Andaman və Nikobar adaları əhalisinin böyük əksəriyyəti hinduizm dinində (69.44%) etiqad edir. Kiçik, lakin əhəmiyyətli bir müsəlman (8.51%) azlıq var. 21.7% əhsali isə xristiandırlar. Kiçik lakin əhəmiyyətli bir müsəlman (8.51%) icması da vardır.
Maraqlı fakt
redaktəArtur Konan Doyloyanın «Dördün işarəsi» hekayəsində əsas personajlardan biri Andaman adalarından olan vəhşidir.
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ "Districts : Andamand and Nicobar islands". Government of India portal. 3 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2009.
- ↑ "Census of India 2011: Provisional Population Totals. Paper 1 of 2011:Андаманские и Никобарские острова." (PDF). 2017-06-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-12.