Anderson Nizamnamesi - Wikipedia
Anderson nizamnaməsi — 1723-cü ildə İngiltərə Böyük Mason Lojasının üzvü Ceyms Anderson tərəfindən hazırlanmışdır. Nizamnamə özündə bir masonun iş və ya məişət şəraitndə necə davranmalı olduğu barədə məlumatlar verir. Bununla yanaşı dövlət və onun hakimiyyəti, din kimi məsələlərdə masonların izləməli olduqları yol göstərilir. Qəbul edildikdən sonra bütün dünyada yerləşən baş lojalar tərəfindən hamılıqla qəbul edilən Anderson nizamnaməsinə sonradan bəzi kiçik əlavə və dəyişikliklər edilmişdir. Bir masonun əməl etməli olduğu əsas qanunlar toplusu hesab olunan Anderson nizamnaməsində, mason olan bir şəxsin qeyri-mason olan bir şəxsə qarşı edə biləcək mümkün davranışları barədə deyilir:
Anderson nizamnaməsi | |
---|---|
Nəşr ili | 1723 |
Vikianbarda əlaqəli mediafayllar |
Danışığınıza və hərəkətlərinizə fikir verməlisiniz ki, iti zəkaya malik olan bir qeyri-mason belə sizin mason olduğunuzu anlamasın. Bəzən, möhtərəm qardaşlığın şərəfi naminə danışdığınız mövzunu dəyişdirə və yaxud həmin şəxs hiss etmədən vəziyyətin axarını başqa məcraya yönləndirməli ola bilərsiniz. |
Nizamnamənin bir digəri bölümündə isə bir masonun məişət və yaxın ətrafında edə biləcək mümkün davranışları barədə belə deyilir:
Əxlaqlı və ağıllı bir kimsə olaraq hərəkət etməlisiniz. Xüsusi ilə ailənizin, dostlarınızın və qonşularınızın Loja ilə bağlı məlumatları öyrənməsinə icazə verməyin. Bu məsələni diqqətdə saxlayarkən mason qardaşlığının şərəfini daim göz önünə gətirməniz lazımdır. Bununla yanaşı lojanın gələcək işlərində gümrah və sağlam fəaliyyət göstərmək üçün vaxtından çox işləməli və öz sağlamlığınıza daim önəm verməlisiniz. Çox yeməkdən və sərxoşluqdan uzaq durmanız lazımdır. |