Andhra Prades - Wikipedia
Andhra Pradeş (urdu: آندھرا پردیش; teluqu: ఆంధ్ర ప్రదేశ్; hind: आन्ध्र प्रदेश; ingilis: Andhra Pradesh) — Hindistanın cənub-şərq hissəsində ştatdır.
Andhra Pradeş | |
---|---|
आंध्र प्रदेश ஆந்திரப் பிரதேசம் ఆంధ్ర ప్రదేశ్ ಆಂಧ್ರ ಪ್ರದೇಶ ଆନ୍ଧ୍ର ପ୍ରଦେଶ | |
16°30′50″ şm. e. 80°30′58″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 1 noyabr 1956 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | IN-AP |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Cənubda Tamilnad, qərbdə Karnataka, şimalında Maxaraştra, Madya Pradeş və Orissa ştatları ilə qonşudur. Şərq sərhəddini Benqal Körfəzi təşkil edir. Adını, qədim zamanlardan bəri bu ərazilərdə yaşayan və özlərinə aid Teluqu dilində danışan Andhra xalqından götürmüşdür. Ərazisi: 275.068 km², əhalisi: 75,727,000. Paytaxtı və ən böyük şəhəri Heydərabaddır.
Tarixi
redaktəBu ərazilərdə e.ə. 3 əsrdən etibarən bir çox knyazlıqlar hakimiyyətdə oldu. Buddizim burada yarandı. 12 və 13 cü əsrlərdə hökümdarlar, Andhranın ərazisini genişlətdilər. Bu genişlənmə 16-cı əsrdə durğunluq həddinə çatdı. 17-ci əsrdə İngilislərin hakimiyyəti altına girən Andhralılar, Hind xalqının 19- cu əsrdəki yüksəlişində mühüm rol oynadılar. 1956-cı ildə Andhra Pradeş ştatı bugünkü vəziyyəti ilə quruldu.
Coğrafiyası
redaktəAndhra Pradeş fiziki coğrafi tərəfdən üç bölgəyə ayrılır. Şərqdə, Benqal Körfəzi sıradağlara qədər uzanan bir sahil ovalığı, Şərqi Qatlar adı verilən dağlar və bu dağların qərbində yer alan bir plato. Andhra Pradeşdə Mart-İyun arasında yay, İyul-Sentyabr arasında tropik yağış mövsümü, Oktyabr-Fevral arasında da qış yaşanır. Cənub-şərq mussonları bolyağıntı gətirir. Yağıntıların böyük hissəsi sahilə yaxın düşür.
Dillər
redaktəXalqın 81.23% Teluqu dilində, 11% də Urdu dilində danışır. Urdu dilini danışanların əksəriyyəti müsəlmanlardır.