Andrey Kozlov - Wikipedia
Andrey Kozlov (rus. Андрей Козлов; d. 25 dekabr 1960, Luqansk, Ukrayna SSR, SSRİ) — rusiyalı teleaparıcı, rejissor və prodüser. "Nə? Harada? Nə zaman?" elitar klubunun magistrı. "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti.[2] "İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavini. Rusiya Televiziya Akademiyasının akademiki.[1] "Breyn-rinq" proqramının quruluşçu rejissoru və aparıcısı.[1]
Andrey Kozlov | |
---|---|
rus. Андрей Козлов | |
Doğum tarixi | |
Doğum yeri | Luqansk, Ukrayna SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Rusiya |
İxtisası | Kimyaçı[1] |
Təhsili | Donetsk Milli Universiteti[1] |
Fəaliyyəti | "Nə? Harada? Nə zaman?" oyunçusu, quruluşçu rejissor, teleprodüser və teleaparıcı |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
redaktə1960-ci il dekabrın 25-də Luqanskda anadan olub ("İqra-TV" teleşirkətinin saytında qeyd olunub ki, Almaniyadan SSRİ-yə uçan təyyarədə dünyaya gəlib[3]). Donetsk universitetinin kimya fakültəsini bitirib. Sonralar Jdanov metallurgiya institutunda dərs deyib.[4] 1990-cı ildən Moskvada yaşayır.[5]
Nə? Harada? Nə zaman?
redaktə"Nə? Harada? Nə zaman?" klubuna redaksiyaya məktub yazaraq və seçim turunu keçərək düşüb.[3] Elitar klubda ilk oyununu 1989-cu ildə keçirib.[3] Yalnız komandanın kapitanı qismində çıxış edir.[3] Klubun magistridir (2008-ci ildən). Üçqat "Büllur bayquş" (1992, 1994, 2008) və "Brilyant bayquş" (2008) mükafatlarının, eyni zamanda, "Klubun ən yaxşı kapitanı" (2001) poqonunun sahibidir. 27 dekabr 2008-ci ildə, mövsümün final oyununda "Superblits" raundunun hər üç sualına düzgün cavab verərək "Volkswagen Phaeton" avtomobilini qazanıb.
2014-cü il martın 15-də "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının prezidenti seçilib (bu postda Natalya Stetsenkonu əvəzləyib).[2]
Televiziya karyerası
redaktə1990-cı ildən televiziyada işləyir.
Quruluşçu rejissor olduğu proqramlar:
- "İlk baxışdan məhəbbət" (1991—1993)
- "Breyn-rinq" (1993—2013); yaradıcı qrupun tərkibində 2010-cu ilin TEFİ mükafatı laureatı.[1]
- "Verilişlər proqramı"
- "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
- "Mədəni inqilab" (2001—2017); yaradıcı qrupun tərkibində 2002 və 2006-cı ilin TEFİ mükafatı laureatı.[1]
- "XX əsrin mahnıları"
- "Mənim evim, mənim şəhərim, mənim ölkəm"
- "Həyat gözəldir"
- "Böyük şəhərdə adam"
- "Biz və elm. Elm və biz"
Aparıcı olduğu proqramlar:
- "Breyn-rinq" (1991—2013 — Rusiya televiziyasında; hazırda — Azərbaycanda beynəlxalq televiziya turniri)
- "İstəklərinin icrası, yaxud milyonu necə xərcləməli?"
- "Verilişlər proqramı"
- "Mənim evim, mənim şəhərim, mənim ölkəm"
"İqra-TV" telekanalının baş direktorunun baş prodüseri və birinci müavinidir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 "Козлов Андрей Анатольевич". Фонд "Академия Российского Телевидения". 2018-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- ↑ 1 2 "Международная ассоциация клубов "Что? Где? Когда?" ПРАВЛЕНИЕ МАК (2014 – …)". mak-chgk.ru. 2017-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-05.
- ↑ 1 2 3 4 "Продюсерский центр ИГРА-ТВ: Козлов Андрей Анатольевич". 2012-12-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
- ↑ "Ответы Андрея Козлова на вопросы посетителей сайта "Игра-ТВ"". 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-15., 13 января 2008, проверено 14 мая 2010
- ↑ "Андрей Козлов: "Между съемками программ мне нужно парить ноги и ставить горчичники"". tele.ru. 2017-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
Xarici keçidlər
redaktə- ""Exo Moskvı" radiosunda Andrey Kozlov ilə müsahibə" (rus). 2012-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-09.