Andrey Quluyev - Wikipedia
Andrey Quluyev[1] (oset. Гулуты Андрей; 5 (17) aprel 1892, Çernoyarskaya[d], Terek vilayəti – 25 noyabr 1979, Orconikidze) — Osetinya xalq şairi və publisisti[2]. Əsərlərini osetin (İron və Diqor ləhcələrində) və rus dilində yazmışdır.
Andrey Quluyev | |
---|---|
oset. Гулуты Андрей | |
Doğum tarixi | 5 (17) aprel 1892 |
Doğum yeri |
|
Vəfat tarixi | 25 noyabr 1979 (87 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Bioqrafiyası
redaktə5 aprel 1892-ci ildə Çernoyarskaya kəndində anadan olmuşdur. Doğulduğu kənddə ibtidai məktəbin birinci sinfini bitirdikdən sonra Şamaxı şəhərindəki dörd sinifli məktəbə göndərilir. 1907-ci ildən 1914-cü ildə bitirdiyi Ardon İlahiyyat Seminariyasında təhsil alır. Tələbəlik illərində şeirlə məşğul olmağa başlayır. Kosta Xetaqurova həsr etdiyi ilk şeirini "Noq sard" qəzetində çap etdirir. 1915-ci ildən Humalaq kəndində müəllim işləyir.
Osetiyada Sovet hakimiyyəti qurulduqdan sonra rayon xalq maarif şöbəsində çalışır. O vaxtdan şeirlərini "Qornaya bendota", "Narodnaya vlast" və "Qorskaya pravda" qəzetlərində dərc etməyə başlayır. 1923-cü ildən "Rastcinad" qəzetinin məsul katibi olur. 1928-ci ildə Leninqrad Dövlət Universitetinin Dilçilik və Maddi Mədəniyyət Fakültəsini bitirir, sonra Şimali Osetiya Pedaqoji İnstitutunda və Vladiqafqazdakı digər təhsil müəssisələrində rus dili və ədəbiyyatı müəllimliyindən dərs deyir. "Max duq" ədəbi jurnalının məsul katibi və Şimali Osetiya Yazıçılar Birliyinin idarə heyətinin üzvü olur. Şimali Osetiya Yazıçılar Birliyinin idarə heyətinin üzvü olan Andrey Quluyevin bütün əsərləri dostluq və qardaşlıq fikirləri ilə doludur. Bu mövzu xüsusilə "Rusiya", "Dekembristlər", "A. S. Puşkin" və başqa əsrlərində özünü açıq-aydın büruzə verir.
Rus şairlərinin əsərlərinin osetin dilinə və osetin şairləri Kosta Xetaqurovun, Nigerin, Soqur Baqraevin, Georgi Maliyevin şeirlərinin rus dilinə tərcüməsi ilə məşğul olur.
1974-cü ildə "Şimali Osetiyanın Xalq Şairi" fəxri adına layiq görülmüş ilk Osetiya şairi olur.
25 noyabr 1979-cu ildə Vladiqafqazda dünaysını dəyişir. Osetiya kilsəsi nekropolunun ərazisində dəfn edilir.
Mükafatları
redaktə"Qırmızı əmək bayrağı" ordeni;
"Şimali Osetiyanın Xalq Şairi" fəxri adı (1974)
İstinadlar
redaktə- ↑ Andrey Quluyev [ölü keçid]
- ↑ "Andrey Quluyev". 2021-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-10-21.
Ədəbiyyat
redaktə- Гулуев Андрей// Литературная энциклопедия, т. 3, 1930, стр. 79–80
- Андрей Гулуев// Семенев Л., Очерк истории осетинской советской литературы, Орджоникидзе, 1967, стр. 228–234
- Келехсаева Л. Б., А. С. Гулуев и традиции русской поэзии; к 100-летию со дня рождения, Владикавказ, 1993, 188 стр.
- Бараков Гино Фадеевич// Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 109–112, ISBN 978-5-7534-1499-01