Andrey Tupolev - Wikipedia
Andrey Nikolayeviç Tupolev (rus. Андрей Николаевич Туполев; d. 10 noyabr 1888, Pustomazovo kəndi, Tver quberniyası, Rusiya imperiyası) — 23 dekabr 1972, Moskva, SSRİ) — SSRİ aviakonstruktoru, Üçqat Sosialist Əməyi Qəhrəmanı (1945, 1957, 1972), General-polkovnik-mühəndis (1968), texniki elmlər doktoru.
Andrey Tupolev | |
---|---|
rus. Андрей Николаевич Туполев | |
1956 – 1972 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Tver quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (84 yaşında) |
Vəfat yeri | Moskva, SSRİ |
Dəfn yeri | |
Partiya | partiyasız |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, mühəndis, iş adamı, pilot |
Atası | Nikolay İvanoviç Tupolev |
Anası | Anna Vasilyevna Tupoleva |
Həyat yoldaşı | Yuliya Nikolayevna Tupoleva |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Döyüşlər | |
Rütbəsi | general-polkovnik (1968) |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAndrey Tupolev 10 noyabr 1888-ci ildə Tver quberniyasının Pustomazovo kəndində anadan olmuşdur. 1918-ci ildə Moskva Ali Texniki Məktəbini bitirdikdən sonra N.Y.Jukovski ilə birlikdə Mərkəzi Aerodinamika İnstitutunun təşkilində iştirak etmişdir. Tupolevin rəhbərliyi ilə 100-dən artıq müxtəlif tipli təyyarə yaradılmışdır. Onun təyyarələrində 78 dünya rekordu qazanılmış, 28 nadir uçuş başa çatdırılmışdır. Böyük Vətən Müharibəsində Tupolevin təyyarələrindən geniş istifadə olunmuşdur. Müharibədən sonra da Tupolevin rəhbərliyi ilə bir sıra hərbi və mülki təyyarələr, o cümlədən 1-ci sovet reaktiv bombardmançı təyyarəsi Tu-12 (1947), Tu-16, 1-ci sovet reaktiv sərnişin təyyarəsi Tu-104 (1954), həmçinin Tu-114, Tu-124, Tu-134, Tu-154 təyyarələri işlənib hazırlanmışdır. Tupolev Böyük Britaniya Kral Aviasiya Cəmiyyətinin (1970) və Amerika Aviasiya və Kosmonavtika İnstitutunun (1971) fəxri üzvü olmuşdur. Andrey Tupolev 1972-ci ildə Moskvada vəfat etmişdir.
Mükafatları
redaktə- Sosialist Əməyi Qəhrəmanı (1945, 1957, 1972)
- 8 dəfə "Lenin" ordeni (1933, 1945, 1947, 1949, 1949, 1953, 1958, 1968
- "Oktyabr inqilabı" ordeni (1971)
- "Qırmızı əmək bayrağı" ordeni (1927, 1933)
- Qırmızı Ulduz ordeni (1933)
- II dərəcəli Suvorov ordeni (1944)
- Vətən Müharibəsi Ordeni (1943)
- "Şərəf nişanı" ordeni (1936)
- SSRİ dövlət mükafatı (1972)
- Lenin mükafatı (1957)
- Stalin mükafatı (1943, 1948, 1949, 1952).
Ədəbiyyat
redaktə- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 379.
- Рябчиков Е., Магид А., Становление, М., 1978.
- Пономарев А.Н., Советские авиационные конструкторы, 2 изд., М., 1980.
- Кербер Л. Л. Ту — человек и самолёт. — М.: Советская Россия, 1973. — 288, [48] с. — (Люди Советской России). — 50 000 экз. (в пер.)
- Бодрихин Н. Г. Туполев. — Молодая гвардия. — М., 2011. — 456 с. — (ЖЗЛ). — ISBN 978-5-235-03439-6.
- «С. П. Королёв. Энциклопедия жизни и творчества» — под редакцией В. А. Лопота, РКК «Энергия» им. С. П. Королёва, 2014 г. ISBN 978-5-906674-04-3