Angry Birds - Wikipedia
Angry Birds (azərb. Qəzəbli Quşlar) — mərkəzi Finlandiyada yerləşən Rovio Mobile tərəfindən mobil cihazlar üçün təkmilləşdirilən oyun. 2009-cu ilin dekabr ayında Apple iOS üçün təkmilləşdirilən oyun daha sonra digər platformalarada uyğunlaşdırıldı.[2] Məsələn Facebookda oynanıla bilər, internet saytlardan demoları yüklənilə bilər və Google Chrome istifadəçilərinə xüsusi, veb mağazasından Chrome-a əlavə edilə bilər. Oyun, yaşıl donuzların quşların yumurtalarını oğurlamasıyla başlayır. Buna qəzəblənən quşlar donuzları yox etməyə çalışırlar.
Angry Birds | |
---|---|
Hazırlayan | Rovia Entartaiment |
Yayımlayan | Clickgamer (iOS və PSP versiyaları) |
Versiya |
2.1.1 iOS, Android 2.0.2 Microsoft Windows, Mac OS X, Symbian 1.6.3 BlackBerry Tablet OS 1.5.3 Windows Phone 1.5.2 Maemo 1.5.0.7[1] Google Chrome 1.5.0 PlayStation 3 1.1.4 (WebGL) |
Texniki məlumat | |
Oyun rejimləri | birnəfərli |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Oyunun məqsədi
redaktəOyunda məqsəd sahib olduğunuz quşları quşatanla çəkib-atmaqla donuzları öldürməkdir. Rio versiyasında isə həbs olunmuş quşları sərbəst buraxmaq və ya meymunları öldürməkdir. Bəzi hissələrdə gizli qızıl yumurtalar vardır. Yumurtaları toplayaraq yeni hissələr açıla bilər. Bəzi hissələrdəki donuzların zirehi vardır, bu donuzları öldürmək daha çətindir.
Quşlar
redaktə- Kiçik qırmızı quş (RED): Hər hansı bir xüsusiyyəti yoxdur. Toxunanda qışqırır.
- Sarı quş (CHUCK): Toxunanda düz bucaq altında sürətlənir. Taxta maneələri rahat qırır, amma beton və buz maneələrdə olduqca zəifdir.
- Kiçik mavi quş (BLUES): Toxunanda üç yerə bölünür. Taxta və beton maneələrdə olduqca zəifdir, lakin buz maneələri rahatlıqla dağıdır.
- Ağ quş (MATILDA): Toxunanda yumurta buraxır və (45 dərəcə bucaq altında) sürətlə havaya qalxır. Ümumilikdə qalanın dibinə buraxılan yumurta parçalarkən quş da çarpaz olaraq orta hissəni parçalayır. Olduqca əlverişlidir.
- Qara quş (BOMB): Toxunanda partlayır, toxunulmazsa toqquşmadan 2 saniyə sonra partlayır. Bütün maneələri rahatlıqla dağıda bilir.
- Narıncı quş: Toxunanda şişir. Toxunmadıqda toqquşmadan sonra şişir.
- Böyük dimdikli yaşıl quş: Bumeranq xüsusiyyəti vardır. Toxunanda geri qayıdır.
- Böyük qırmızı quş (TERENCE): Toxunanda heç nə olmur amma digər quşlara nisbətən daha dağıcıdır. Bütün maneələri eyni gücdə dağıdır.
- Blu və Jewel: Ender man quşlardan biridir, toxunulduqda olduğu nöqtədən üfüqi istiqamətdə sürətlənir. Mənzili olduqca çoxdur. İlk dəfə Angry Birds Rio versiyasında çıxmışdır.
- Blu: Cüt quşun yoldaşı ağ tutuquşunun ayrılması ayrılır. Oyunun son hissələrində görünür. Dəydiyi yeri qara quşdan daha güclü bir şəkildə qanad çalaraq dağıdır və ya toxunulduğu zaman olduğu nöqtədə qanad çırpır. Angry Birds Rio versiyasında çıxmışdır.
- Qartal(MIGTLY EAGLE): Rəqib sahədəki bütün donuzları avtomatik olaraq yox edir. Bütün versiyalarda mövcud deyil. Yalnız bir dəfə satın alına bilər.
- Buz quşu: Dəydiyi yeri buz edə bilmə xüsusiyyəti var. Donuzları dondura bilər. İlk dəfə Angry Birds Space versiyasında çıxmışdır. Buz maniələr xaricində bütün maniələrdə uğurludur.
- Qılınclı qırmızı quş:tokunanda qılıncı ilə her şeyi qırır. İlk dəfə Angry Birds Star Wars versiyasında çıxmışdır.
Filmləri
redaktə- Qəzəbli quşlar (2016)
- Qəzəbli quşlar 2 (2019)
İstinadlar
redaktə- ↑ "Angry Birds Chrome". Chrome.angrybirds.com. 1 fevral 2012. 2012-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-11.
- ↑ "Angry Birds Review". IGN.com. 2010-02-11. 2010-05-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-11.