Anji Mahacqala Fk - Wikipedia
Anji (rus. Анжи́) — Mahaçqaladan olan Rusiya futbol klubu. Rusiya Kubokunun 2000/2001-ci illərdə finalçısı. Hazırda futbol üzrə Rusiyanın əsas çempionatında çıxış edir.
Anji Mahaçqala FK | ||||
---|---|---|---|---|
Ölkə | ||||
Ləqəb(lər) | Vəhşi Diviziya | |||
Rəng(lər) | yaşıl-ağ | |||
Yaranma tarixi | 1991 | |||
Bağlama tarixi | 5 iyun 2022 | |||
Stadionu | Anji-Arena, Mahaçqala | |||
Tutumu | 30.000 | |||
Prezidenti | Süleyman Kərimov | |||
Baş məşqçisi | Ruslan Ağalarov | |||
Liqa | NFL | |||
2018-2019 | 15-cı yer PFL birinci divizionu | |||
| ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə"Anji" 1991-ci ildə yaranıb. Klubun əsasını Maqomed Sultan Maqomedov və Mahaçqala "Dinamo"sunun keçmiş oyunçusu Aleksandr Markarov qoyub. Komanda 1991-ci ildə Dağıstan çempionu olub.
"Anji" ev oyunlarını 16000 azarkeş tutumu olan "Dinamo" stadionunda keçirir. Mahaçqala klubunun ən böyük uğuru 1999/2000 mövsümündə UEFA Kubokunda çıxış olub. Lakin komanda uğursuzluğa düçar olub. Belə ki, rəqibi Şotlandiyanın "Reyncers" klubu Mahaçqalaya gəlməkdən imtina edib və UEFA bunu qəbul edib. Komandalar neytral bir oyun keçirib və Varşavada keçirilən oyunda "Anji" 0:1 hesabı ilə məğlub olub.
"Anji"nin Rusiya Kubokundakı ən böyük uğuru finalda oynamaq olub. 2000/2001 mövsümündə finala çıxan komanda penaltilər seriyasında Moskva "Lokomotiv"inə yenilib.
Mahaçqala klubu 2002-ci ildə Premyer Liqadakı yerini itirib.
"Anji"yə hazırda klubun qurucusu olan Maqomed Sultan Maqomedov başçılıq edir. Komandanın baş məşqçisi isə Omari Tetradzedir. Məşqçi karyerasına 2007-ci ildə başlayan Omari həmin vaxtdan "Anji"də çalışır.
Rusiya Kuboku
redaktəAnjinin Rusiya Kubokundakı ən yüksək nəticəsi 2001-ci ildə olmuşdur. Həmin il Anji finala qədər gəlib çıxmış, lakin finalı 1:1 oynadıqdan sonra Lokomotiv Moskva klubuna 4:3 hesabı ilə penaltidə məğlub olmuşdur.
2002–2003 Rusiya Kubokunda Anji Lokomotiv və Krılya Sovetov Samara klubunu məğlub edərək, yarım-finalda Rostova 0:1 hesabı ilə uduzmuşdur.
Birinci divizion
redaktə2002-ci il mövsümü Mahaçqala klubu üçün uğursuz oldu. 15-ci yeri tutub, yüksək divizionu tərk edir. 2002-ci ildən başlayaraq Anji bütün oyunlarını yalnız Birinci divizionda keçirir. Anjinin heyətində Roberto Karlos, M. Bussufa, Yuri Jirkov, S. Eto'o kimi oyunçular çıxış edir.
Nailliyyətlər və rekordlar
redaktə- Rusiya futbol premyer-liqasında 4-cü yer. 2000
- Rusiya Kuboku finalçısı: 2000/01
- UEFA Kuboku iştirakçısı: 2001/02 (1/64 final)
- Klubun ən yaxşı bombardiri: İbrahim Həsənbəyov (236 oyunda, 156 qol)
- Ən böyük qələbə: "Anji" — "Urartu" (Qroznı) 9:0–1993-cü il.
Çıxış statistikası
redaktəİl | Yarış | Yer | O | Q | H | M | Qol | Ü |
---|---|---|---|---|---|---|---|---|
Çempionatlar | ||||||||
1992 | Rusiyanın ikinci liqası, zona 1 | 5 | 38 | 23 | 2 | 13 | 77‑46 | 48 |
1993 | Rusiyanın ikinci liqası, zona 1, etap 1 | 1 | 26 | 21 | 1 | 4 | 80‑16 | 43 |
1993 | Rusiyanın ikinci liqası, zona 1, 1‑7 yerlər | 1 | 38 | 27 | 1 | 10 | 98‑31 | 55 |
1994 | Rusiyanın ikinci liqası, Qərb | 10 | 40 | 19 | 5 | 16 | 57‑41 | 43 |
1995 | Rusiyanın ikinci liqası, Qərb | 7 | 42 | 24 | 4 | 14 | 77‑43 | 76 |
1996 | Rusiyanın ikinci liqası, Qərb | 2 | 38 | 28 | 3 | 7 | 99‑36 | 87 |
1997 | Rusiyanın birinci liqası | 13 | 42 | 18 | 6 | 18 | 66‑72 | 60 |
1998 | Rusiyanın birinci liqası | 11 | 42 | 17 | 6 | 19 | 47‑56 | 57 |
1999 | Rusiyanın birinci liqası | 1 | 42 | 26 | 8 | 8 | 55‑20 | 86 |
2000 | Rusiyanın birinci liqası | 4 | 30 | 15 | 7 | 8 | 44‑31 | 52 |
2001 | Rusiyanın birinci liqasıи | 13 | 30 | 7 | 11 | 12 | 28‑34 | 32 |
2002 | Rusiya premyer-liqası | 15 | 30 | 5 | 10 | 15 | 22‑43 | 25 |
2003 | Rusiyanın birinci divizonu | 6 | 42 | 19 | 13 | 10 | 52‑33 | 70 |
2004 | Rusiyanın birinci divizonu | 8 | 42 | 16 | 12 | 14 | 50‑53 | 61 |
2005 | Rusiyanın birinci divizonu | 11 | 42 | 14 | 13 | 15 | 47‑48 | 55 |
2006 | Rusiyanın birinci divizonu | 15 | 42 | 15 | 8 | 19 | 57–66 | 53 |
2007 | Rusiyanın birinci divizonu | 10 | 42 | 16 | 9 | 17 | 41–44 | 57 |
2008 | Rusiyanın birinci divizonu | 6 | 42 | 20 | 12 | 10 | 63–35 | 72 |
Kuboklar | ||||||||
1992/93 | Rusiya Kuboku | 1/64 | 3 | 2 | 0 | 1 | 10‑5 | 4 |
1993/94 | Rusiya Kuboku | 1/128 | 1 | 0 | 0 | 1 | 0‑3 | 0 |
1994/95 | Rusiya Kuboku | 1/16 | 5 | 4 | 0 | 1 | 10‑3 | 12 |
1995/96 | Rusiya Kuboku | 1/4 | 6 | 5 | 0 | 1 | 8‑3 | 15 |
1996/97 | Rusiya Kuboku | 1/16 | 5 | 4 | 0 | 1 | 14‑3 | 12 |
1997/98 | Rusiya Kuboku | 1/32 | 3 | 2 | 0 | 1 | 8‑4 | 6 |
1998/99 | Rusiya Kuboku | 1/32 | 3 | 2 | 0 | 1 | 10‑4 | 6 |
1999/00 | Rusiya Kuboku | 1/4 | 4 | 3 | 1 | 0 | 10‑2 | 10 |
2000/01 | Rusiya Kuboku | Fin | 5 | 4 | 1 | 0 | 9‑4 | 13 |
2001/02 | Rusiya Kuboku | 1/8 | 2 | 0 | 1 | 1 | 2‑7 | 1 |
2002/03 | Rusiya Kuboku | 1/2 | 4 | 2 | 1 | 1 | 4‑3 | 7 |
2003/04 | Rusiya Kuboku | 1/16 | 3 | 2 | 0 | 1 | 5‑3 | 6 |
2004/05 | Rusiya Kuboku | 1/32 | 1 | 0 | 0 | 1 | 1‑3 | 0 |
2006/07 | Rusiya Kuboku | 1/16 | 2 | 0 | 1 | 1 | 3‑5 | 1 |
2008/09 | Rusiya Kuboku | 1/16 | 2 | 1 | 0 | 1 | 5‑3 | 3 |
2009/10 | Rusiya Kuboku | 1/32 | 1 | 0 | 0 | 1 | 0‑3 | 0 |
Liqalar
redaktəHeyət
redaktə# | Adı, soyadı | Təvəllüdü | Ampluası | Ölkəsi | Forma Νömrəsi |
---|---|---|---|---|---|
1 | İlya Abayev | 1981 | Qapıçı | Rusiya | 1 |
2 | Kaxaber Aladaşvili | 1984 | müdafiəçi | Gürcüstan | 2 |
4 | Oleq Malyukov | 1985 | müdafiəçi | Rusiya | 4 |
5 | Valeryan Bestayev | 1982 | müdafiəçi | Rusiya | 5 |
6 | David Çorayev | 1983 | müdafiəçi | Rusiya | 6 |
7 | Kamil Ağalarov | 1988 | yarımmüdafiəçi | Rusiya | 7 |
9 | Maqomet Maqomedov | 1987 | hücumçu | Rusiya | 9 |
10 | Qoça Xodcava | 1985 | yarımmüdafiəçi | Gürcüstan | 10 |
11 | Rasim Tahirbəyov | 1984 | yarımmüdafiəçi | Rusiya | 13 |
12 | Miroslav Slavov | 1990 | hücumçu | Ukrayna | 22 |
Xarici keçidlər
redaktə- Rəsmi veb-səhifə
- Klubun tarixi Arxivləşdirilib 2009-12-27 at the Wayback Machine
- www.liga1.ru-dakı profili [ölü keçid]
- "Vəhşi Diviziya" — FK "Anji" fan-klubunun saytı Arxivləşdirilib 2017-09-20 at the Wayback Machine