Anjulu Marqarit - Wikipedia
Anjulu Marqarit (fr. Marguerite d'Anjou) (23 mart 1430 – 25 avqust 1482) — İngiltərə kralı VI Henrinin xanımı olması səbəbilə İngiltərə və Fransa (de-yure) kraliçası. Neapol kralı I Rene və Lotaringiyalı hersoqinası İzabellanın qızı olaraq Lotaringiya torpaqlarında dünyaya gəldi.
Anjulu Marqarit | |
---|---|
fr. Marguerite d'Anjou | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 mart 1430 |
Vəfat tarixi | 25 avqust 1482 (52 yaşında) |
Həyat yoldaşı | |
Vikianbarda əlaqəli mediafayllar |
Gül müharibəsi olaraq bilinən taxt mübarizəsinin ilk illərində mühüm rol oynadı və bir müddət Lankaster fraksiyasına da rəhbərlik etdi. Bir çox mənbələrdə kişi kimi mərd və cəsur olduğu qeyd olunur. Ərinin əqli xəstəliyi səbəbilə Marqarit uzun müddət onun yerinə dövləti idarə etdi. 1455-ci ilin mayında çağırdığı yeni məclislə, başda Yorklu Riçard olmaqla, bütün York ailəsinin mənsublarını dövlət idarəsindən uzaqlaşdırdı. Onun bu hərəkəti York və Lankaster ailələri arasında düşmənliyə səbəb oldu və yeganə oğlu olan Eduardın 1471-ci ildə ölməsi ilə nəticələndi.
1471-ci ildə Lankasterlərin məğlubiyyətinin ardından Marqarit əsir alındı və 4 illik əsarətin ardından bibisi oğlu olan Fransa kralı XI Lüdoviqin pul ödəməsiylə bağışlanaraq Fransaya göndərildi. Burada kralın kasıb qohumu olaraq yaşadı və 52 yaşında burada vəfat etdi.