Anna Malova - Wikipedia
Anna Nikolaevna Malova — rusiyalı qadın voleybolçu. Libero mövqeyində oynayır. Rusiyanın perspektivli voleybolçularındandır.
Anna Malova Анна Малова | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Anna Nikolaevna Malova |
Doğum tarixi | |
Doğum yeri | Ulyanovsk Rusiya |
Vətəndaşlığı | rus |
Voleybolçu məlumatları | |
Boyu | 1.75 m |
Çəkisi | 59 kq |
Zərbəsi | 286 |
Bloku | 290 |
Mövqeyi | Libero |
Karyerası | |
Komandası | Dinamo Moskva |
Nömrəsi | 3 |
Klub karyerası | |
2007–2009 2009–2014 2014– |
İskra Samara Ufimoçka Dinamo Moskva |
Milli komanda karyerası | |
2013– | Rusiya |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəAnna Malova peşəkar voleybol həyatına 2008-ci ildə doğulduğu Ulyanovsk şəhərinin komandası İskra Samarada başlamışdır. O, hələ 17 yaşında məşqçi Emil Şamiloviç Zamaletdinova tərəfindən kəşf edilmişdi.[1] İki il bu klubda oynadıqdan sonra karyerasında ən çox formasını geyinəcəyi Ufimoçkaya transfer olundu. Son olaraq o, Dinamo Moskva komandası ilə anlaşmış və bu komanda ilə bir illlik müqavilə imzalamışdı.
Anna Malovanın milli komanda karyerası da olduqca qarışıqdır. O, 2013-cü ildən milli komandaya çağrılmağa başlayır. Baş məşqçi əsasən meydançaya əsas heyətlə çıxmadıqda Annanın xidmətində maraqlı olur. O, 2013-cü ildə Boris Yeltsin Kubokunda əsas heyətdə yer almışdır.[2] Bundan başqa həmin ildə keçirilən Avropa voleybol çempionatında da iştirak etmişdir.[3]
İstinadlar
redaktə- ↑ От сурового ульяновского волейбола — к золоту Универсиады Arxivləşdirilib 2014-01-16 at the Wayback Machine (rus.)
- ↑ Анна Малова: "Сборная - это другая жизнь" Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine (rus.)
- ↑ Rəqibimiz təcrübəlilərdən imtina etdi Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine (az.)