Antarktida Ehalisi - Wikipedia
Antarktida əhalisi - Antarktidanın yerli əhalisi yoxdur. Qitədə yalnız il boyu işləyən qütb stansiyaları və köhnə balina ovlama ilə əlaqədar salınmış məskunlaşmalar vardır. Qitədəki ən böyük stansiya Mak-Merdodur. Burada bəzən işləyənlərin say 1200 nəfəri keçir. Qitə ərazisində yeganə daimi yaşayış məntəqəsi Cənubi Georgiya adasında yerləşən Qryotviken qəsəbəsidir. Burada 2008-ci ilə olan məlumata görə cəmi 20 nəfər yaşayır. Antarktida haqqında konvensiyaya görə burada fəaliyyət göstərən 29 ölkəyə məxsus stansiyalarda yay ayları 4.000, qış ayları isə 1.000 nəfər işçi fəaliyyət göstərir. Günümüzə qədər antarktidada ən azı 10-dan çox uşaq doğulmuşdur. 2001-ci ildə National Geographic jurnalının bir yazısında yalnız Esperanza Stansiyasında 8 uşaq dünyaya gəlməsi bildirilir. Antarktika ərazisində ilk doğulan insan Solveyk Qunberq Yakobsen (norv. Solveig Gunbjørg Jacobsen) olmuşdur. Milliyyətçə norveçlı olan Yakobsen 1913-ci ilin 8 oktyabrında Antarktika ərazisinə daxil olan Cənubi Georgiya adasında, Qryotviken qəsəbəsində anadan olmuşdur.
Solveyk Qunberq Yakobsen Antartikada doğulan ilk insan kimi qeydə alınsada Antarktida materikində doğulan ilk bəşər övladı isə Argentina vətəndaşı Emilio Markos Palma olmuşdur. O, 1978-ci ilin 7 yanvar tarixində Esperansa qütb stansiyasında anadan olmuşdur. Kornuells adasında Valter Turqal (Walter Turgel) adlı birisi 1996-cı ildən yaşayır. Ömrünün sonuna qədər adada yaşamağı düşünən bu insan, özünü «dünyada cənubun daimi sakini» adlandırır.
Ölkələr | Yay (Yanvar) əhali 3,687 ümumi (1998-9)) |
Qış (İyun) əhali 964 ümumi (1998-9) |
İl boyu Stansiyalarda 42 (1998-9) |
Ancaq yay ayları Stansiyalarda 32 (1998-9) |
---|---|---|---|---|
Argentina | 302 | 165 | 6 | 7 |
Avstraliya | 201 | 75 | 4 | 4 |
Belçika | 13 | - | - | - |
Braziliya | 80 | 12 | 1 | - |
Bolqarıstan | 16 | - | - | 1 |
Çili | 352 | 129 | 4 | 7 |
Çin | 70 | 33 | 2 | - |
Finlandiya | 11 | - | 1 | - |
Fransa | 100 | 33 | 1 | - |
Almaniya | 51 | 9 | 1 | 1 |
Hindistan | 60 | 25 | 1 | 1 |
İtaliya | 106 | - | 1 | - |
Yaponiya | 136 | 40 | 1 | 3 |
Cənubi Koreya | 14 | 14 | 1 | - |
Hollandiya | 10 | - | - | - |
Yeni Zelandiya | 60 | 10 | 1 | 1 |
Norveç | 40 | - | 1 | - |
Peru | 28 | - | - | 1 |
Polşa | 70 | 20 | 1 | - |
Rumıniya | 20 | 11 | - | - |
Rusiya | 254 | 102 | 6 | 3 |
Cənubi Afrika | 80 | 10 | 1 | - |
İspaniya | 43 | - | 1 | - |
İsveç | 20 | - | - | 2 |
Ukrayna | 1 | - | ||
Böyük Britaniya | 192 | 39 | 2 | 5 |
ABŞ | 1,378 | 248 | 3 | - |
Uruqvay | 1 | - |
Mənbə
redaktə- Antarctica at the CIA World Factbook Arxivləşdirilib 2018-12-25 at the Wayback Machine