Antikommunizm - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Antikommunizm ya da kommunizm düşmənliyi — kapitalist düşüncələrə qarşı olan və əksinin reallaşa biləcəyini təklif edən kommunizm düşüncəsinə qarşı olaraq, kommunist sistem və düşüncələrin yayılmasına mane olmağa verilən ad. Bununla bərabər Marksist-leninist siyasətin XX əsrdə dünyada söz sahibi olmasından sonra, bu siyasətə qarşı olan düşüncələrin cəminə deyilən termindir. Başlanğıcı fikirsəl olaraq Karl Marks və Fridrix Engelsin kommunizm ilə əlaqəli düşüncələrini açıqladığı dövr olsa da, əsas olaraq, Rusiya Sovet Federativ Sosialist Respublikasının və yeni sistem axtarışında olan Asiya dövlətlərinin işğalı ilə, 1917–1922-ci illər aralığında qurulan Sovet İttifaqı dövründə təşəkkül etmişdir. II Dünya müharibəsindən əvvəl və müharibə dövründə Adolf Hitler, Benito Mussolini kimi millətçi liderlər anti-kommunist siyasət yürütmüş, müharibədən sonra isə ABŞ bu siyasəti davam etdirmiş, NATO-nun qurulmasında əsas rol oynamış, bütün dünya ölkələrində anti-komunist fəaliyyətlərə dəstək vermişdir. Bu hadisələrdən sonra sosialist ölkələr də Varşava paktı adlı hərbi və siyasi birlik yaratmışdılar. Anti-kommunist siyasət Avropada hələ də zəif də olsa davam etməkdədir. Məsələn Avropa Şurası Parlament Assambleyası 25 yanvar, 2006-cı ildəki iclasında "totalitar kommunist rejimləri qınadığını" açıqlamışdır. Bununla bərabər Avropa Parlamenti 2000-ci ilin, 23 avqustunda "XX əsr nasist və kommunist günahlar üçün Avropa miqyasında anma günü" təyin olunmasını təklif etmişdi.
Tarixi
redaktəBaşlanğıc
redaktə"Anti-kommunizm" və "anti-sosializm" qavramları termin olaraq 1840-cı illərdə ilk dəfə istifadə olunmağa başlamışdır. Dövrün mülk sahibi təbəqələri və mühafizəkarları, mülkiyyətin yenidən paylaşılmasının lazım olduğunu deyənlərə qarşı ilk dəfə bu cərəyanı formalaşdırmışdırlar. Ardıyca Karl Marks və Fridrix Engelsın 1848-ci ildə Kommunist Manifestini yayımlaması və 1848-ci il inqilabları ilə birlikdə cəmiyyətdə ardıcıl toplayan kommunizm düşüncəsi, bu təbəqələrdə təşviş yaratmış və anti-kommunist düşüncələri daha da gur eşidilməyə başlanmışdır. Ardıyca 1871-ci ildə yaradılan Paris kommunası bu kommunist düşüncələrin yayılmasının ilk nəticəsi hesab olunur. Lakin kommunanın çox saylı terror törətməsi insanlarda müəyyən mənada mənfi fikir formalaşdırmışdır. Bununla bərabər həmin illərdə anarxist filosoflarla Karl Marks başda olmaqla kommunizm tərəfdarları arasında bir çəkişmə var idi. Anarxizmin rəhbərliyini edən Prodon və Bakunin dövlətin ortadan qaldırılması mövzusunda Karl Marksı tənqid etmiş, onu despotizm və totalitarlıqda günahlandırmışdılar. Birinci İnternasionalın V konqresi olan məşhur Lahey konqresində Bakunin və Karl Marks arasında sərt mübahisələr olmuşdur. Bundan sonra anarxist və kommunist qruplar arasında mübahisələr daha da artmış və ardıyca anarxistlər konqresdən qovulmuşdular. Lahey konqresi kommunistlərlə anarxistlərin birgə olduğu son konqresdır. Karl Marksın yaxın dostu Fridrix Engels də Otorite barədə adlı məqaləsində proletar inqilabın dövlət qarşısındakı vəziyyəti mövzusunda anarxistləri sərt tənqid etmişdi.
I Dünya müharibəsindən sonra
redaktəKommunist fikirlərə qarşı olmanın başlanğıcı marksizmin fəlsəfi olaraq yeni yarandığı illər olsa da, qəti olaraq yaranması Sovet İttifaqının quruluş illəridir (1917–1922). I Dünya müharibəsindən sonra dünyada, xüsusilə də Asiyada real güc boşluğu yaranmış və kommunistlər bundan istifadə etmişdirlər. 1029-cu ildə Papa XV Benetikt rəsmi müraciət yayımlayaraq kommunizmi qınamışdır. Çarlıq tərəfdarı Ağ Ordu qüvvələri, Oktyabr İnqilabından sonra iqtidara gələn bolşevikləri devirmək üçün 1917–1922-ci illərdə davam edən arasında Rusiya Vətəndaş Müharibəsində kommunistlərlə savaşdı.