Anton Botev - Wikipedia
Anton Botev (25 may 1986, Omsk) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]
Anton Botev | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Anton Botev |
Vətəndaşlığı |
Rusiya → Azərbaycan |
Doğum tarixi | 25 may 1986 (38 yaş) |
Doğum yeri | |
Boyu | 192 sm. (5 ft 6 in) |
İdman növü | Güləş |
Karyera illəri | 1994—2008 |
Karyerası
redaktəAnton Botev 2003-cü ildə Rusiyada baş tutan yeniyetmələr arasında Avropa Çempionatının qalibi oldu.[2] Daha sonra isə Anton Botev 2005-ci ildə Polşada və 2006-cı ildə Macarıstanda gənclər arasında Avropa Çempionatının final görüşlərində məğlub olaraq turniri gümüş medallarla başa vurdu.[2] Rusiya yığmasının heyətində "bir nömrə" olmağı bacarmayan Anton Botev 2007-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən Azərbaycan yığmasının heyətinə cəlb edildi.[2]
2007-ci ildə Dünya Çempionatını 16-cı pillədə başa vuran Anton Botev 2008-ci ildə Avropa Çempionatında da uğursuz çıxış elədi və 17-ci pillədə qərarlaşdı.[2] Həmin ilin mayında İtaliyada Dünya Olimpiya Təsnifat Turnirinin bürünc medalına sahib olmaqla Anton Botev olimpiya lisenziyasına sahib oldu.[2] Olimpiadadan əvvəl iyunda Qızıl Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vuran Anton Botev olimpiada da uğursuz çıxış elədi.[2]
Anton Botev olimpiadanın təsnifat mərhələsində 2000-ci il Sidney Olimpiadasının finalçısı Özbəkistan nümayəndəsi David Saldadze ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində 2:1 hesabı ilə Botev, növbəti hissəsində isə 2:1 hesabı ilə Saldadze qalib gəldi.[3] Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu.[3] Bu hissədə Anton Botev rəqibi üzərində 2:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi İsveç nümayəndəsi Yalmar Sjöberq oldu.[3] Həmin görüşdə Anton Botev rəqibinə 0:2 hesabı ilə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Anton Botev təsəlliverici qrupda da mübarizə aparmadı və olimpiadanı 10-cu pillədə başa vurdu.[3]
Anton Botev 2008-ci ildə idmanla vidalaşdı.[2]
Nəticələri
redaktəYeniyetmələrin Avropa Çempionatı | Rusiya | |||
Gənclərin Avropa Çempionatı | Polşa | |||
Gənclərin Avropa Çempionatı | Macarıstan | |||
Dünya Çempionatı | Azərbaycan | |||
Avropa Çempionatı | Finlandiya | |||
Dünya Olimpiya Təsnifat Turniri | İtaliya | |||
Qızıl Qran-Pri | Azərbaycan | |||
Olimpiya Oyunları | Çin |
İstinadlar
redaktə- ↑ Olympedia.org. "Anton BOTEV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 International Wrestling Database. "ANTON BOTEV". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. İstifadə tarixi: 02.08.2022.
- ↑ 1 2 3 4 5 6 7 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Super-Heavyweight (120 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.