Apelyasiya - Wikipedia
Apelyasiya - Wikipedia - Haqqında Məlumat
Apelyasiya (lat. apellatio – müraciət, şikayət) — 1) məhkəmənin qərarından yuxarı mərhələyə şikayət etmə; 2) qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. Apelyasiya qərarı qəbul etmiş instansiyaya nəzərən yuxarı instansiyaya verilir; 3) hüquqda cinayət işində və mülki işlərdə məhkəmənin qanuni quvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası (forması); 4) işə yenidən baxılması məqsədilə məhkəmənin həm cinayət işləri, həm də mülki işlər üzrə qərarından daha yüksək məhkəmə instansiyasına edilən müraciət.
Ədəbiyyat
redaktə- Əliquliyev R. M., Şükürlü S. F., Kazımova S. İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.