Appenin Yarimadasi - Wikipedia
Apennin yarımadası (it. Penisola italiana — İtaliya yarımadası; eləcə də it. Penisola appenninica) — Avropanın böyük yarımadalarından biri. Qitənin cənubunda yerləşir və Aralıq dənizinin sahilindədir. Yarımadada İtaliyanın əsas hissəsi, San-Marino Respublikası və teokratik dövlət olan Vatikan yerləşir. Yarımadanın sahəsi 149 000 km²-dir. Uzunluğu təqribən 1100 km, eni 130-dan 300 km-ə qədərdir. Apennin yarımadasının şimal hissəsi Padan ovalığı ilə, qərbdən Tirren dənizi, şərqdən Adriatik dənizi, cənubdan isə İonik dənizi ilə əhatə olunub. Yarımadanı Elba adasından Pombino boğazı, Siciliya adasından isə Messina boğazı ayırır.
Apennin yarımadası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Sahəsi | 149 000 km² |
Yerləşməsi | |
42° şm. e. 14° ş. u.HGYO | |
Akvatoriya |
Tirren dənizi, Adriatik dənizi, İon dənizi |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yarımadanın adı onun böyük hissəsi boyunca uzanan Appenin dağlarından götürülüb.
Apennin yarımadasının əsas xüsusiyyətləri yüksək seysmiklik, müasir dağ əmələgəlməsi və vulkanik fəallıqdır. Belə ki, Stromboli vulkanı bütün tarixi dövr ərzində durmadan fəallıq göstərir və hətta "Tirren dənizinin mayakı " adını alıb, bundan başqa Vezuvi və Etna vulkanları və başqaları da dəfələrlə püskürüblər ki, bu da insanların kütləvi məhvinə gətirib. Yarımadada tez-tez zəlzələlər və sunamilər olur, bunun səbəbi qitə plitələrinin hərəkətinin qlobal tektonik prosesidi, Afrika qitəsi Avropanın yerləşdiyi plitəyə dəyir və onun altına keçir. Afrika təkcə şimala hərəkət etmir, həm də "saat əqrəbi istiqamətində" dönür. Vulkanoloqlar yaxın vaxtlarda Neapol körfəzi sahilində qaçılmaz insan tələfatı ilə nəticələnəcək Vezuvi vulkanının fəlakətli püskürməsini gözləyir.
Maraqlı faktlar
redaktəYarımada çəkmənin səciyyəvi formasındadı, buna görə də dünyada ən çox tanınan yarımadalardan biridi.