Appi Yolu - Wikipedia
Appi yolu (lat. Via Appia) – Romada ilk dəfə çaydaşı ilə döşənmiş yol (uz.təqr. 580 km, eni 4–4,5 m). E.ə. 312-ci ildə senzor Appi Klavdinin (adı da buradandır) dövründə salınmağa başlanmışdır. Appi yolu əvvəl Romadan Kapuya şəhərinədək (350 km), e.ə. 244-cü ildə isə Brundizi (indiki Brindizi) limanınadək uzanırdı. Romalılar mühüm ticari və strateji əhəmiyyətə malik Appi yolunu «yolların kraliçası» adlandırıdılar. Appi yolunun ən qədim sahəsində Roma patrisilərinin iqamətgahları, yol boyunca isə qəbirüstü abidələr, qurbangahlar, tanınmış şəxslərin, həmçinin Roma hərbi və dövlət xadimlərinin məqbərələri olmuşdur. Müqəddəs Pyotr ilə İsa Məsihin görüşdüyü yerdə “Domine Quo Vadis?” (“Hara gedirsən?”) erkən xristian bazilikası inşa edilmişdir. Appi yolundan 6-cı əsrədək istifadə olunmuşdur. Appi yolu indi də qalmaqdadır.[1]
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 580. ISBN 978-9952-441-02-4.
Xarici keçidlər
redaktə- Ivana Della Portella , Giuseppina Pisani Sartorio, Francesca Ventre.The Appian Way: From Its Foundation to the Middle Ages .Los Angeles ,2004 (Google Books Preview)
- Via Appia Antica From Torre In Selci To Frattocchie
- Via Appia Antica From Cecilia Metella To Torre In Selci
- The Via Appia And The Cities Of The Pontine Plain
- New York Times article on condition of Appian Way in modern times