Aqsin Abdullayev - Wikipedia
Aqşin Akif oğlu Abdullayev (2 avqust 1985, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti.
Aqşin Abdullayev | |
---|---|
Aqşin Akif oğlu Abdullayev | |
Doğum tarixi | 2 avqust 1985 (39 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | teatr xadimi |
Mükafatları |
Həyat və fəaliyyəti
redaktəAqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur. 2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının "Solo oxuma", Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir. 2007-ci ildən "ÜNS" yaradıcılıq sahəsinin solistidir. "ÜNS" yaradıcılıq səhnəsinin ilk tamaşası olan "Bakı" tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir.
Ailəsi
redaktəAiləlidir. İki övladı var.
Uğurları
redaktəBir neçə beynəlxalq müsabiqələrin laureatıdır. Rusiyanın Kruz vilayətində türk xalqları arasında keçirilən "Vostoçnıy Bazar" mahnı müsabiqəsində 1-ci yerin, Qazaxıstanda "Estara" müsabiqəsində 3-cü yerin, Türkiyədə keçirilən "Man Akteniz" mahnı müsabiqəsində isə 2-ci yerin sahibidir. Bir çox dövlət tədbirlərində uğurla iştirak etmişdir. O cümlədən Rusiya, Türkiyə, Cənubi Koreya, Avstriya, Qazaxıstan, Tatarıstan, Gürcüstan və başqa ölkələrdə Azərbaycanı layiqincə təmsil etmişdir.
14 may 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ilk solo konsertini verib.
Mükafatları
redaktə10 mart 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür[1].