Aqostinyo Neto - Wikipedia
Aqostinyo Neto (Antonio Aqostinho Neto; 17 sentyabr 1922[2][3][…] – 10 sentyabr 1979[3][4][…], Moskva, SSRİ) — Anqolanın məşhur şairi, Afrika milli azadlıq hərakatı xadimi, Anqolanın ilk dövlət başçısı (1975-1979). Ölkəsinin qurtuluş savaşına öndərlik edən lider. Ad günü Anqolada Milli Qəhrəmanlar Günü olaraq qeyd edilir.
Aqostinyo Neto | |
---|---|
Antonio Aqostinho Neto | |
| |
Doğum adı | António Agostinho Neto |
Doğum tarixi | |
Doğum yeri |
Kakikan Luanda əyaləti Anqola |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri |
Moskva SSRİ |
Vəfat səbəbi | mədəaltı vəzin xərçəngi[1] |
Dəfn yeri | |
Təhsili | Coimbra Universiteti |
İxtisası | həkim |
Fəaliyyəti | siyasətçi, şair, həkim-yazıçı[d], siyasi məhbus |
Əsərlərinin dili | Portuqal dili |
Janr | poeziya |
Mükafatları | "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatı laureatı (1977) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAqostinyo Neto 17 sentyabr 1922-ci ildə Anqolanın Luanda əyalətinin Kakikan kəndində anadan olub.
Luandada lisey təhsili almışdır. 1954-cü ildə Portuqaliyada Lissabon Coimbra Universitetinin tibb fakültəsinə daxil olmuş, təhsilini 1958-ci ildə bitirmişdir. 1959-cu ildə ölkəsinə dönərək bir müddət doğulduğu şəhərdə həkimlik etmişdir.
Anqola xalqının milli azadlıq mübarizəsində fəal iştirakına görə dəfələrlə həbs edilmişdir. 1955-ci ildə həbsxanada olarkən Anqolanın Azadlığı Uğrunda Xalq Hərakatı (MPLA, 1956) partiyasının yaradılmasına rəhbərlik etmişdir. 1959-cu ildə ölkəsinə qayıtmış lakin 1960-cı ildə yenidən iki il müddətinə həbs edilmişdir. 1962-ci ildə MPLA-nın sədri seçilmiş, müstəmləkiçilərə qarşı silahlı mübarizənin təşkilatçısı və rəhbərlərindən olmuşdur. 1962-ci ildə Vaşinqtona ABŞ-yə gedən şair, ölkəsinin qurtuluş savaşına kömək üçün Con Kennedi ilə görüşmüşdür.
11 noyabr 1975-ci ildə Anqola Xalq Respublikası yaradıldıqdan sonra Anqolanın ilk prezidenti və eyni zamanda İnqilabi Şuranın və hökumətin başçısı, silahlı qüvvələrin baş komandanı seçilmişdir.
Ümumdünya Sülh Şurası Rəyasət Heyətinin üzvi idi.
Yaradıcılığı
redaktəAqostinyo Neto şair və publisit kimi də tanınmışdır. Əsərlərini Portuqal dilində yazmışdır. Anqola xalqının milli azadlıq mübarizəsi əsərlərinin əsas mövzusudur.
Kitabları
redaktəMükafatları
redaktəVəfatı
redaktəAntonio Aqostinho Neto xərçəng müalicəsi səbəbilə 11 sentyabr 1979-cu ildə Moskva şəhərindəki xəstəxanada vəfat edib. Dəfnetmə mərasimi 17 sentyabr 1979-cu ildə Luanda şəhərində keçirilmiş, cənazəsi mavzoleyə qoyulmuşdur.
Xatirəsi
redaktəAnqolada adını daşıyan bir universitet var. Anadan olduğu gün Anqolada Milli Bayram kimi qeyd edilir.
İstinadlar
redaktə- ↑ https://elpais.com/diario/1979/09/12/portada/305935202_850215.html.
- ↑ António Agostinho Neto // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Bibliothèque nationale de France Agostinho Neto // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Antonio Agostinho Neto // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ "Elektron Kataloq:Sıra:59720". kitab.az (az.). kitab.icando.ws. 2002–2004. 2016-03-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.
Ədəbiyyat
redaktə- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.200
Xarici keçidlər
redaktə- Neto, Agostinho. The Columbia Encyclopedia, 6th ed.