Ariq Buga - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Arıq Buğa (monq. Аригбөх; 1219–1266) — Toluy xanın kiçik oğlu, Çingiz xanın nəvəsi.
Arıq Buğa | |
---|---|
11 avqust 1259 – 21 avqust 1264 | |
Əvvəlki | Mönke xan |
Sonrakı | Xubilay xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Monqol İmperyası |
Vəfat tarixi | |
Vəfat yeri | Monqol imperiyası |
Fəaliyyəti | xan |
Atası | Toluy xan |
Anası | Sörköktəni Bəgi |
Uşaqları | Yubuqur, Melligteymur, Tamaçi və Nayr Buğa |
Ailəsi | Çingizlilər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəBöyük xanlıq uğrunda Çingiz xanın nəvəsi, Mönkge və Hülakü xanın kiçik qardaşı Arıq Buğa və böyük qardaşı Xubilay qaan arasında müharibə baş verdi. Baydarın böyük oğlu Algü Arıq Buğanın da yardımı ilə xanlığı ələ keçirdi. 2 il sonra güc topladıqdan sonra Arıq Buğaya qarşı Xubilayın yanında müharibəyə başladı. Bu onu daha güclü etsə də Arıq Buğanın digər müttəfiqi Kaydu (Ugedeyin nəvəsi) ona qarşı Bərkə ilə müharibəyə başladı və məğlub oldu. Taxt yenidən Mütügenlərə, Mübarək Şaha keçdi. Mübarək şah müsəlman olan ilk xan idi. Buna görə Xubilay hirsləndi və Baydarın nəvəsi, Algünün qardaşı Yesüntoanın oğlu Barakı xan elan etdi. 1269-cu ildə Barak Mübarəkşahı sürgün etdirdi. Bu vaxt Arıq Buğanın keçmiş müttəfiqi Kaydu yenidən savaşa başladı. Barak isə Elxani hökmdarı Abaqa və Böyük xan Xubilayın tərəfində keçərək gücləndi. Daha sonra isə yenə Algü kimi tərəf dəyişdirsə də Elxani hökmdarı Abaqaya məğlub oldu. Kaydunun yanına dönərkən yolda öldü. Barakın oğulları isə Kayduya qarşı savaşmağa davam etdilər. Çoxu da Elxanilər dövlətinə, Azərbaycana köçdülər. Kaydu nəvəsi Negübeyi Çağatay xanı etdi. Daha sonra onun da üsyanına cavab olaraq Buğa Temürü xan etdi. Buğa Temür Mütügenin oğlu Börü-nün nəslindən gəlirdi. Buğa Temür isə 1282-ci ildə xəstəlikdən öldü.